Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Kimyəvi sınaqlar üzrə mütəxəssis vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Qrunt və yeraltı su nümunələrinin kimyəvi analizlərinin aparılması;
Laboratoriya şəraitində kimyəvi sınaqların müvafiq metodika və standartlara uyğun həyata keçirilməsi;
Su və qrunt nümunələrində pH göstəricisinin təyin edilməsi;
Sulfat, xlorid, bikarbonat ionlarının və ümumi sərtliyin müəyyən edilməsi;
Kalsium, maqnezium, natrium, kalium, dəmir və manqan elementlərinin təyini;
Ammonium, nitrat və nitrit göstəricilərinin müəyyən edilməsi;
Suda elektrik keçiriciliyi (EC), ümumi həll olmuş duzlar (TDS), ümumi mineralizasiya və qalıq quru maddənin təyin edilməsi;
Suyun kimyəvi tərkibinin, ümumi turşuluğunun və aqressivlik göstəricilərinin müəyyən edilməsi;
Zərurət olduqda suda üzvi maddələrin və COD göstəricisinin təyin edilməsi;
Laboratoriya avadanlıqlarının düzgün istismarının və ölçmə cihazlarının kalibrlənməsinin təmin edilməsi;
Kimyəvi reagentlərin hazırlanması, saxlanılması və istifadəsinə nəzarət edilməsi;
Sınaq nəticələrinin qeydiyyatının aparılması, hesablanması və laboratoriya hesabatlarının hazırlanması;
Laboratoriya işlərində keyfiyyətə nəzarət və təhlükəsizlik qaydalarına riayət edilməsi.
Tələblər
- Kimya, analitik kimya, kimya mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil
- Su və qrunt nümunələrinin kimyəvi analiz metodları barədə biliklər
- GOST, ASTM, ISO və BS standartlarından ən azı biri üzrə bilik və praktiki iş təcrübəsi
- Laboratoriya avadanlıqları, analitik ölçmə cihazları və kimyəvi reagentlərlə işləmək bacarığı
- Analiz nəticələrinin hesablanması, sənədləşdirilməsi və hesabatların hazırlanması bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı
Üstünlük hesab olunur
- Laboratoriya şəraitində kimyəvi analizlərin aparılması üzrə iş təcrübəsi arzuolunandır
- Geoloji, geotexniki laboratoriyada iş təcrübəsi
- Su və qrunt nümunələrinin kimyəvi analizləri üzrə praktiki təcrübə
- Laboratoriya keyfiyyət idarəetmə sistemi barədə biliklər
Oxşar elanlar
- Baş mexanik (Mill)Agrotrade Supply MMC · Bu gün
- Kamera quraşdırılması üzrə texnik (Xırdalan)Azza Gastronom · Bu gün
- IT helpdeskAzza Gastronom · 5 gün əvvəl
- Sahə MühəndisiBlue City Yaşayış Kompleksi · 10 noyabr 2026
- Elektrik montyoru (Mill)Agrotrade Supply MMC · Bu gün
- Sürücü (JMC yük maşını)Konsis · 2 gün əvvəl