Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində Layihələrin koordinasiyası üzrə menecer vəzifəsi üzrə vakansiya elan olunur.
Vəzifə öhdəlikləri
Gündəlik fəaliyyətlərin təşkili və koordinasiyasını təmin etmək;
Komandanın idarə olunmasını və iş bölgüsünün aparılmasını həyata keçirmək;
Sənədlərin arxivləşdirilməsinə və sənəd dövriyyəsinə nəzarət etmək;
Layihə ilə bağlı hesabat və məlumatları hazırlamaq, şöbələr arasında məlumat mübadiləsini təmin etmək;
Layihə üzrə ilkin iş həcmləri ilə tanış olmaq, faktiki icranı monitorinq etmək və nəzarətdə saxlamaq;
İlkin və faktiki koordinatları Google Earth və Global Mapper proqramlarında emal etmək;
Quyularda əyilmə, sürüşmə və kernin yatım istiqamətinin təyin edilməsi üçün sahədən daxil olan məlumatları Reflex EZ-Track, Excel və Inclino proqramlarında emal və təhlil etmək;
Sukeçiricilik, Packer, pressiyometr, datalogger, vibropiezometr, dipmeter və digər sahə testlərinə aid sənədləri emal etmək;
Sahədən göndərilən kern yeşikləri və nümunələr üzrə təhvil-təslim aktlarını qəbul etmək və müvafiq sənədlərin mövcudluğunu təmin etmək;
Sahə məlumatlarını və sənədləri təhlil etmək, zərurət yarandıqda məlumatları sahə əməkdaşları ilə dəqiqləşdirmək;
Hesab-fakturaların və təhvil-təslim sənədlərinin hazırlanması üçün faktiki iş həcmlərinə dair cədvəllər tərtib etmək.
Tələblər
- Layihələrin koordinasiyası, sənədləşmə və hesabatların hazırlanması sahəsində minumum 2-4 il təcrübə
- MS Excel və digər MS Office proqramları ilə işləmək bacarığı
- Google Earth və Global Mapper proqramlarında işləmək bacarığı
- Texniki sənədlərlə və sahə məlumatları ilə işləmək bacarığı
- Analitik düşünmə, diqqətlilik və detallara həssas yanaşma
- Komandada işləmək, işləri planlaşdırmaq və vaxtında icra etmək bacarığı
- Məsuliyyətlilik və ünsiyyət bacarıqları
Üstünlük hesab olunur
- Müvafiq sahə üzrə ali təhsil arzuolunandır
Oxşar elanlar
- Anbar MühasibiGFC MMC · 5 gün əvvəl
- Korporativ HüquqşunasSirab Satış və Dağıtım MMC · 2 gün əvvəl
- Fəhlə (İstehsalat MİLL)Agrotrade Supply MMC · 5 noyabr 2026
- İstehsalat işçisi (Mill)Agrotrade Supply MMC · 4 noyabr 2026
- FəhləMazarina Trade Company · 3 noyabr 2026
- Satış üzrə mütəxəssisAgrotrade Supply MMC · 3 noyabr 2026