Məzmuna keçin
Sirab Satış və Dağıtım MMC yerləşdirilib

Korporativ Hüquqşunas

Şəhər
Xırdalan

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

Şirkətin gündəlik fəaliyyətinin hüquqi müşayiətini həyata keçirmək;

Müqavilələri hazırlamaq, təhlil etmək və hüquqi ekspertizadan keçirmək;

Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarət etmək;

Korporativ sənədlərin, qərarların, protokolların və etibarnamələrin hazırlanmasını təmin etmək;

Əmək qanunvericiliyi üzrə hüquqi məsləhət və dəstək göstərmək;

Dövlət qurumları, məhkəmələr və digər təşkilatlarla hüquqi məsələlər üzrə əlaqələri idarə etmək;

Məhkəmədənkənar mübahisələrin həllində şirkətin maraqlarını təmsil etmək;

Debitor borcların yığılması və problemli borcların hüquqi qaydada həlli prosesinə dəstək göstərmək;

Şirkətin satış, distribusiya, təchizat və kommersiya fəaliyyətindən irəli gələn hüquqi məsələləri tənzimləmək;

Hüquqi riskləri müəyyən etmək, onların qarşısının alınması üçün təkliflər hazırlamaq;

Qanunvericilikdəki dəyişiklikləri izləmək və aidiyyəti struktur bölmələri məlumatlandırmaq.

Tələblər

  • Hüquq üzrə ali təhsil
  • Hüquq sahəsində minimum 1-3 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının mülki, əmək, vergi və kommersiya qanunvericiliyini yaxşı bilmək
  • Müqavilə hüququ və korporativ hüquq sahəsində praktiki təcrübə
  • Məhkəmə proseslərində iştirak və hüquqi sənədlərin hazırlanması təcrübəsi
  • Analitik düşünmə, problem həll etmə və danışıqlar aparmaq bacarığı
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət
  • MS Office proqramları ilə işləmək bacarığı
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Korporativ telefon nömrəsi və danışıq paketi
  • Yanacaq
  • Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Üstünlük hesab olunur

  • Rus və ingilis dili bilikləri üstünlükdür

Oxşar elanlar

Bütün Xırdalan vakansiyaları →