Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Anbardan filiallara göndərilən mallar üzrə qaimələrin faktiki qəbul məlumatları ilə müqayisə edilməsi və yaranan fərqlərin müəyyənləşdirilməsi;
Filiallardan daxil olan mal qəbulu məlumatlarının yoxlanılması və sistemdəki məlumatlarla müqayisə edilməsi;
Qaimə ilə faktiki qəbul arasında yaranan fərqlərin aidiyyəti şəxslərlə (anbar, sürücü və filial əməkdaşları) dəqiqləşdirilməsi, səbəblərinin araşdırılması və nəticəyə uyğun tədbirlərin görülməsi;
Məhsulların anbara mədaxil və məxaric əməliyyatlarının izlənilməsi və uçotunun aparılması;
Çatışmayan, zədələnmiş və geri qaytarılan mallar üzrə müvafiq sənədlərin yoxlanılması və sistem məlumatları ilə müqayisə edilməsi;
Uyğunsuzluqların araşdırılması nəticəsinə əsasən iiko proqramında müvafiq düzəlişlərin aparılması və sənədləşdirilməsi;
Anbar və filiallar arasında mal-material hərəkəti üzrə məlumatların düzgünlüyünün yoxlanılması;
Mal-material hərəkəti üzrə sənədlərin düzgün rəsmiləşdirilməsinə və məlumatların sistemdə vaxtında əks etdirilməsinə nəzarət edilməsi;
Açıq qaimələrin izlənilməsi, gecikmələrin müəyyənləşdirilməsi və vaxtında yekunlaşdırılmasının təmin edilməsi;
Anbar qalıqlarına nəzarət edilməsi və dövri inventarizasiya prosesində iştirak edilməsi;
Stok qalıqları və mal-material hərəkəti üzrə dövri hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Təkrarlanan uyğunsuzluqların səbəblərinin müəyyənləşdirilməsi və onların qarşısının alınması ilə bağlı rəhbərliyə təkliflərin verilməsi;
Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətli şəkildə yerinə yetirilməsi.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi;
İş yeri: Xırdalan
Əmək haqqı: 900 AZN
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “Anbar Mühasibi” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- Anbar uçotu, mal-materialların hərəkəti və qaimələrlə iş üzrə bilik və praktiki bacarıqlar
- İiko proqramı ilə işləmə bacarığı
- MS Excel və MS Outlook proqramlarında işləmə bacarığı
- Diqqətlilik, dəqiqlik və yüksək məsuliyyətlilik
- Komanda ilə işləmək və operativ ünsiyyət qurmaq bacarığı
Oxşar elanlar
- Layihələrin koordinasiyası üzrə menecerAT Geotech MMC · 2 noyabr 2026
- Korporativ HüquqşunasSirab Satış və Dağıtım MMC · 2 gün əvvəl
- Fəhlə (İstehsalat MİLL)Agrotrade Supply MMC · 5 noyabr 2026
- İstehsalat işçisi (Mill)Agrotrade Supply MMC · 4 noyabr 2026
- FəhləMazarina Trade Company · 3 noyabr 2026
- Satış üzrə mütəxəssisAgrotrade Supply MMC · 3 noyabr 2026