Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;
Restorana daxil olan və çıxan şəxslərə, ümumi təhlükəsizlik rejiminə və daxili intizam qaydalarına nəzarət etmək;
Restoran ərazisində quraşdırılmış videomüşahidə kameralarının, siqnalizasiya və digər təhlükəsizlik sistemlərinin fasiləsiz fəaliyyətinə nəzarət etmək;
Restoranda yerləşən əmlakın, avadanlıqların və maddi dəyərlərin qorunmasını təmin etmək;
Şübhəli halları vaxtında aşkar edərək rəhbərliyi məlumatlandırmaq;
Aşkar edilmiş pozuntular, qüsurlar və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;
Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;
Zərurət yarandıqda qaydaları pozan və ya münaqişə yaradan şəxsləri restorandan uzaqlaşdırmaq, ehtiyac olduqda hüquq-mühafizə orqanlarına müraciət etmək;
Fövqəladə hallar (yanğın, qəza və digər) zamanı restoran ərazisində olan insanların təhlükəsizliyini təmin etmək, rəhbərliyi məlumatlandırmaq və zərurət olduqda müvafiq operativ xidmətləri çağırmaq;
Yanğın təhlükəsizliyi, əmək mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət etmək;
Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;
Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
İş rejimi: Gecə növbəsi,növbəli;
Əmək haqqı - 660 Azn;
Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Nəzarətçi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Orta ixtisas və ya ali təhsilli olması
- Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəsi
- Səlis azərbaycan dili bilikləri
- Komandada işləmək bacarığı
- Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik
- Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı
- Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası
- Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı
Oxşar elanlar
- OFİS TƏMİZLİKÇİSİEtagi Azerbaijan · Bu gün
- İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq)Sinteks Group of Companies · 6 gün əvvəl
- Mühafizə üzrə koordinator (Security Coordinator)Fairmont Baku · 6 gün əvvəl
- Məlumat bazası üzrə analitik/ Olivia (Beauty and care)Kontakt Home · 4 noyabr 2026
- Xadimə (Hövsan)Kontakt Home · 4 noyabr 2026
- Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati KöməkçiFairmont Baku · 3 noyabr 2026