Məzmuna keçin
Fairmont Baku yerləşdirilib

Mühafizə üzrə koordinator (Security Coordinator)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifələr:

Daxil olan e-poçt, faksları nəzarətdə saxlamaq:

Mühafizə departamentinin əməkdaşlarına inzibati və kargüzarlıq ilə bağlı məsələlərdə köməklik etmək:

Departament daxili iclasları təşkil etmək və iclaslarda iştirak etmək:

Müştərilər, təchizatçılar və digər şöbələrlə əlaqə saxlamaq və Mühafizə departamenti tərəfindən verilən müqavilələrin hazırlanmasına köməklik etmək:

Departamentə aid olan bütün sənədləri qoruyub saxlamaq:

Departamentin işçi heyyətinin fəaliyyəti ilə bağlı bütün lazımi sənədlərin izlənməsinə və şəxsi faylda saxlanılmasına nəzarət etmək;

Lazım olduqda PR (satın-alma tələbi) açmaq, faktura təqdim etmək və ödənişləri izləmək:

Departamentin işə qəbul prosesinə,iş və davamiyyət cədvəlinin, məzuniyyət planlamasının hazırlanmasına köməklik etmək;

Aylıq olaraq tələb olunan hesabatları hazırlamaq və birbaşa rəhbərə təqdim etmək:

Yeni komanda üzvlərinin şirkətə rahat uyğunlaşması üçün lazimi köməklik etmək:

İnzibati sistemin səmərəliliyini daimi nəzarətdə saxlamaq və lazım olduğu təqdirdə, sistemi təkmilləşdirmək:

Qayda və prosedurlara uyğun olaraq yerli və xarici müştərilərlə olduqca peşəkar və nəzakətli şəkildə əlaqə yaratmaq:

Yanğının qarşısının alınması və evakuasiya ilə bağlı bütün prosedurlara bələd olmaq və qonaqların və işçilərin təhlükəsizliyi və mühafizəsi üçün çevik qərar vermək;

Departamentə aid qanunlara,təlimatlara və qaydalara riayət etmək;

1C proqramında işləmək, sistemə aylıq davamiyyət cədvəlini əlavə etmək;

Yaranmış problem və ya sualların vaxtında həll edilə bilməsi üçün onlar barədə birbaşa rəhbərə dərhal məlumat vermək;

Birbaşa rəhbər tərəfindən müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək;

İtirilmiş və tapılmış əşyaların lazimi qaydada sistemə salınmasına nəzarət etmək,bu barədə olunan müraciətlərə vaxtında cavab vermək, təhvil-təslimə düzgün riayət etmək:

Tələblər

  • Səlis Azərbaycan dili
  • Davamlı inkişaf və öyrənməyə meyilli olmaq
  • Yaranmış situasiyanı mümkün qədər tez və keyfiyyətli şəkildə həll etmək
  • Detallara diqqət yetirmə bacarığına sahib olmaq
  • Kompüter bilikləri: MS Word, Excel, Outlook, PowerPoint
  • Opera proqramı ilə iş təcrübəsi

Üstünlük hesab olunur

  • İngilis və rus dili arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →