Əməyin Mühafizəsi və HACCP üzrə İnzibati Köməkçi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Əməyin mühafizəsi və təhlükəsizlik departamentinin gündəlik fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dəstək göstərmək;
Yeni işə qəbul edilmiş əməkdaşlar üçün ilkin giriş təlimatlarının təşkilində, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə təlimlərin keçirilməsində iştirak etmək;
Əməkdaşların qanunvericiliklə nəzərdə tutulmuş tibbi müayinələrinin vaxtında təşkilinə dəstək göstərmək;
İş yerlərində təhlükəli vəziyyətlərin və təhlükəsizlik tələblərinə uyğunsuzluqların müəyyən edilməsi, aidiyyəti şəxslərə bildirilməsi və aradan qaldırılması prosesində iştirak etmək;
İstehsalatda baş vermiş bədbəxt hadisələrlə bağlı sənədlərin toplanması, qeydiyyatı və araşdırılması prosesinə inzibati dəstək göstərmək;
Fərdi mühafizə vasitələrinin, xüsusi geyim və ayaqqabıların uçotunun aparılmasına və düzgün istifadəsinə nəzarət prosesinə dəstək göstərmək;
Əməyin mühafizəsi üzrə qeydiyyat jurnallarının, hesabatların, aktların və digər sənədlərin hazırlanmasını, yenilənməsini və sistemləşdirilməsini həyata keçirmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və fövqəladə hallara hazırlıq üzrə maarifləndirmə və profilaktik tədbirlərin təşkilində iştirak etmək;
Otelin ərazisində ekoloji təhlükəsizlik, tullantıların idarə olunması və ətraf mühitin qorunması üzrə tədbirlərə dəstək göstərmək;
HACCP sistemi çərçivəsində qida təhlükəsizliyi prosedurlarının tətbiqinə, monitorinq formalarının, yoxlama vərəqlərinin və qeydiyyat jurnallarının aparılmasına dəstək göstərmək;
Qida təhlükəsizliyi üzrə əməkdaşların məlumatlandırılması və təlimatlandırılması prosesində iştirak etmək;
1C proqramı vasitəsilə müvafiq məlumatların sistemə daxil edilməsini və işlənməsini həyata keçirmək;
Davamiyyət cədvəllərinin, iş qrafiklərinin və məzuniyyət planlarının hazırlanmasına, eləcə də departamentin işə qəbul və digər inzibati proseslərinə dəstək göstərmək;
Departamentin sənədlərinin məxfiliyinin qorunmasını, düzgün arxivləşdirilməsini və saxlanılmasını təmin etmək.
Tələblər
- Ali və ya orta ixtisas təhsili
- Azərbaycan dili sərbəst, rus dili və ingilis dili bilikləri yaxşı səviyyədə bilmək (şifahi və yazılı)
- Əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində ilkin biliklər
- Əmək qanunvericiliyi və əməyin mühafizəsi üzrə normativ sənədlər haqqında ümumi məlumatlılıq
- MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmək bacarığı
- Sənədləşmə və hesabatların hazırlanması bacarığı
- Yüksək təşkilatçılıq, diqqətlilik və məsuliyyətlilik
- Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı
- Operativlik, təşəbbüskarlıq və detallara diqqət
Üstünlük hesab olunur
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, ekologiya, qida təhlükəsizliyi və ya əlaqəli sahələr üzrə təhsil üstünlükdür
- HACCP və qida təhlükəsizliyi prinsipləri barədə biliklər üstünlükdür
- 1C proqramı üzrə bilik və təcrübə üstünlükdür
Oxşar elanlar
- İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq)Sinteks Group of Companies · Dünən
- Mühafizə üzrə koordinator (Security Coordinator)Fairmont Baku · Dünən
- Texniki işçiAzeriMed QSC · 30 oktyabr 2026
- Sürücü (yük maşını)AzeriMed QSC · 30 oktyabr 2026
- Təhlükəsizlik üzrə nəzarətçiTABIA Group · 30 oktyabr 2026
- Xadimə (Landau school 9-11 Hazırlıq Məktəbi)Landau Education Group · 29 oktyabr 2026