Məzmuna keçin
Sinteks Group of Companies yerləşdirilib

İtkilərin qarşısının alınması və idarə edilməsi üzrə kiçik müfəttiş (Videomonitorinq)

Şəhər
Bakı

Vakansiya haqqında

İş Yeri: Sinteks LLC

Lokasiya: Uzaqdan iş / Onlayn

Vəzifənin təsviri

Bu vəzifənin rolu geyim sektoruna aid mağazalarda videmonitorinq aparmaqdır. Vəzifə videomüşahidə vasitəsilə uyğunsuzluqların, qayda pozuntularının və itki riski yaradan halların aşkar edilməsinə, aidiyyəti üzrə məlumatlandırılmasına və nəticələrin izlənilməsinə dəstək göstərir.

Öhdəlikləri:

Videomonitorinqin aparılması

İş planı və ayrıca sifarişlər əsasında videonəzarəti həyata keçirir.

Mağazalarda əməliyyat proseslərini videomüşahidə vasitəsilə izləyir və riskli halları müəyyən edir.

Uyğunsuzluqların bildirilməsi və nəticələrin izlənilməsi

Aşkar olunmuş uyğunsuzluqlar və qayda pozuntuları haqqında aidiyyəti üzrə məlumat verir və nəticəni izləyir.

Aşkar edilmiş hallar üzrə qısa qeyd və ya hesabat hazırlayır, zəruri sübut materiallarının saxlanılmasına dəstək göstərir.

Məxfilik və məlumatların qorunması

Videomaterialların və aşkar edilmiş məlumatların məxfiliyini qoruyur.

Videoyazılardan yalnız iş məqsədləri və səlahiyyət çərçivəsində istifadə edilməsini təmin edir.

Məsuliyyət sahəsi:

Video-monitorinq

Tələblər

  • Professional Biliklər
  • MS Office Proqramları
  • İş Təcrübəsi
  • İş təcrübəsi tələb edilmir
  • Professional Bacarıq və Kompetensiyalar
  • Detallara diqqət
  • Məsuliyyət

Üstünlük hesab olunur

  • VivaTech, HIKCVISION, SmartPSS proqramlarını bilmək arzuolunandır
  • Ali təhsil arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →