Məzmuna keçin
GFC MMC yerləşdirilib

Anbar Növbətçisi

Şəhər
Xırdalan
İş növü
Tam iş günü

Vakansiya haqqında

Əsas vəzifə öhdəlikləri:

Növbəli iş qrafikinə uyğun olaraq iş yerinə vaxtında gəlmək, növbəni daxili qaydalara əsasən qəbul etmək və təhvil vermək;

Əməkdaşların, qonaqların və ziyarətçilərin anbar ərazisinə giriş-çıxışına nəzarət etmək və qeydiyyatını aparmaq;

Əməkdaşların, qonaqların və ziyarətçilərin giriş-çıxışı zamanı nəqliyyat vasitələrinin yoxlanılmasını təmin etmək;

Giriş və çıxış zamanı şəxsi çanta, paket və digər əşyaların yoxlanılmasını həyata keçirmək;

Şübhəli hallarda şəxslərin üst geyimlərinə və ciblərinə baxış keçirmək;

Qonaqların anbar ərazisində təhlükəsiz və nizamlı şəkildə istiqamətləndirilməsini, zərurət yarandıqda isə müşayiət olunmasını təmin etmək;

Anbar ərazisində yerləşən maddi dəyərlərin qorunmasını təmin etmək və daimi nəzarətdə saxlamaq;

Gündəlik təhlükəsizlik jurnallarının qeydiyyatını aparmaq və növbə üzrə hesabatları hazırlamaq;

Anbar ərazisində təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;

Növbə təhvil-təslim zamanı məlumatların tam və dəqiq ötürülməsini təmin etmək;

Aşkar edilmiş pozuntular, şübhəli və təhlükə yaradan hallar barədə rəhbərliyə operativ məlumatı təqdim etmək, ilkin tədbirlər görmək;

Münaqişəli vəziyyətlərin qarşısını almaq, yaranmış halları qanunvericiliyə və daxili qaydalara uyğun şəkildə nəzarətdə saxlamaq;

Növbə zamanı baş verən hadisələr və görülən işlər barədə müəyyən olunmuş qaydada hesabat təqdim etmək;

Zərurət yarandıqda kamera nəzarət sistemləri vasitəsilə ərazinin monitorinqini həyata keçirmək və şübhəli halları izləmək;

Rəhbərliyin tapşırıq və göstərişlərini vaxtlı-vaxtında və dəqiq icra etmək.

İş şəraiti:

Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;

Növbəli iş rejimi, (1 gün iş / 1 gün istirahət);

İş yeri – Xırdalan şəhəri,anbar;

Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Maraqlanan namizədlər öz CV-lərini e-mailın mövzu hissəsində “ Anbar Növbətçisi ” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Orta ixtisas və ya orta təhsilli olması
  • Müvafiq vəzifədə 2 ildən az olmayaraq iş təcrübəsi
  • Səlis azərbaycan dili bilikləri
  • Komandada işləmək bacarığı
  • Yüksək müşahidə qabiliyyəti, diqqətlilik və məsuliyyətlilik
  • Dürüstlük, etibarlılıq və nizam-intizamlı olmaq bacarığı
  • Rəhbərliyin əmrlərinin vaxtında və düzgün icrası
  • Stressli və fövqəladə vəziyyətlərdə operativ qərarvermə bacarığı

Üstünlük hesab olunur

  • Kamera nəzarət sistemləri üzrə ilkin bilik və ya təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Xırdalan vakansiyaları →