Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Bakı və regionlarda fəaliyyət göstərən evakuator sahiblərini müəyyən etmək və onlarla əlaqə yaratmaq;
- Evakuator dayanacaqları, avtomobil servisləri, avtomobil bazarları və digər uyğun ərazilərdə sahə görüşləri keçirmək;
- Yolda platformasının iş prinsipini və üstünlüklərini tərəfdaşlara təqdim etmək;
- Yeni tərəfdaşlarla əməkdaşlıq şərtlərini izah etmək;
- Evakuator sahibi və sürücülərin qeydiyyat prosesini həyata keçirmək;
- Tələb olunan sənədlərin toplanmasına və yoxlanılmasına nəzarət etmək;
- Tərəfdaşın mobil tətbiqdə qeydiyyatdan keçməsinə kömək etmək;
- Sürücülərə tətbiqdən istifadə qaydasını izah etmək;
- Yeni qoşulmuş tərəfdaşın ilk sifarişlərini qəbul etməsinə qədər prosesə dəstək göstərmək;
- Aktiv olmayan tərəfdaşlarla əlaqə yaradaraq onların yenidən aktivləşdirilməsinə çalışmaq;
- Evakuator çatışmazlığı olan əraziləri müəyyən etmək və həmin zonalarda yeni tərəfdaşlar cəlb etmək;
- Gündəlik və həftəlik görülmüş işlər barədə hesabat təqdim etmək;
- Tərəfdaşlardan daxil olan təklif və problemləri rəhbərliyə çatdırmaq.
Tələblər
- Ali təhsil
- Aktiv və ünsiyyətcil olmaq
- İnsanlarla tez əlaqə qurmaq bacarığı
- Danışıqlar aparmaq və qarşı tərəfi inandırmaq qabiliyyəti
- Nəticəyönümlü olmaq
- Mobil tətbiqlər və texnologiya ilə işləmək bacarığı
- Azərbaycan dilində sərbəst danışıq
Üstünlük hesab olunur
- Satış, sahə satışı, tərəfdaş cəlbi və ya müştəri münasibətləri sahəsində təcrübə üstünlükdür
- Rus dili biliyi üstünlükdür
- Avtomobil və evakuator sahəsinə maraq üstünlükdür
- Şəxsi avtomobilin olması üstünlükdür
Oxşar elanlar
- Logistika meneceriAzza Gastronom · 3 noyabr 2026
- Anbar NövbətçisiGFC MMC · 15 oktyabr 2026
- Korporativ HüquqşunasSirab Satış və Dağıtım MMC · 2 gün əvvəl
- Anbar MühasibiGFC MMC · 5 gün əvvəl
- Fəhlə (İstehsalat MİLL)Agrotrade Supply MMC · 5 noyabr 2026
- İstehsalat işçisi (Mill)Agrotrade Supply MMC · 4 noyabr 2026