Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- Yolda platformasının backend və frontend hissələrinin inkişaf etdirilməsi;
- Müştəri və evakuator tətbiqlərinin texniki inteqrasiyasının təmin edilməsi;
- Admin panelin inkişaf etdirilməsi;
- Sifarişlərin yaradılması, qəbul edilməsi və izlənilməsi mexanizmlərinin hazırlanması;
- Real-time GPS və xəritə funksiyalarının işlək vəziyyətdə saxlanılması;
- Evakuatorların online/offline statuslarının idarə olunması;
- Sifarişlərin yaxın evakuatorlara yönləndirilməsi mexanizminin inkişaf etdirilməsi;
- Qiymət hesablama sisteminin hazırlanması və təkmilləşdirilməsi;
- Push notification və digər bildiriş sistemlərinin inteqrasiyası;
- Ödəniş sistemlərinin inteqrasiyası;
- Evakuator balans və komissiya sisteminin hazırlanması;
- Promo kod və kampaniya mexanizmlərinin hazırlanması;
- Admin üçün hesabat və analitika bölmələrinin hazırlanması;
- Server və verilənlər bazasının idarə olunması;
- Sistem xətalarının aşkarlanması və operativ aradan qaldırılması;
- Sistem təhlükəsizliyinin təmin edilməsi;
- Backup mexanizmlərinin yaradılması və nəzarətdə saxlanılması;
- Yeni funksiyalar üçün texniki həllərin hazırlanması;
- Mövcud kod bazasının optimallaşdırılması.
Tələblər
- Full-stack development sahəsində praktik təcrübə
- Backend və frontend texnologiyalarında işləmək bacarığı
- REST API və digər API inteqrasiyaları üzrə təcrübə
- SQL və ya digər verilənlər bazaları ilə işləmə bacarığı
- Real-time sistemlər haqqında anlayış
- Mobil tətbiqlərlə backend inteqrasiyası üzrə təcrübə
- Git və versiya nəzarət sistemləri ilə işləmək bacarığı
- Server və cloud infrastrukturu haqqında anlayış
- Sistem təhlükəsizliyi və məlumatların qorunması üzrə baza bilikləri
- Performans optimallaşdırılması bacarığı
- Mövcud kodu analiz edə və inkişaf etdirə bilmək
- Problem həll etmə bacarığı
- Müstəqil işləyə bilmək
- Tapşırıqları vaxtında yekunlaşdırmaq bacarığı
Üstünlük hesab olunur
- GPS və xəritə API-ləri ilə işləmə təcrübəsi üstünlükdür
- Marketplace layihələrində iş təcrübəsi
- Bolt, Uber, taksi, çatdırılma və ya logistika məntiqinə bənzər platformalarda iş təcrübəsi
- Google Maps, Mapbox və ya digər xəritə sistemləri ilə iş
- Online payment inteqrasiyaları
- Push notification sistemləri
- Real-time tracking
- Mobil tətbiq inkişafı üzrə bilik
Oxşar elanlar
- Korporativ HüquqşunasSirab Satış və Dağıtım MMC · 2 gün əvvəl
- Anbar MühasibiGFC MMC · 5 gün əvvəl
- Fəhlə (İstehsalat MİLL)Agrotrade Supply MMC · 5 noyabr 2026
- İstehsalat işçisi (Mill)Agrotrade Supply MMC · 4 noyabr 2026
- FəhləMazarina Trade Company · 3 noyabr 2026
- Satış üzrə mütəxəssisAgrotrade Supply MMC · 3 noyabr 2026