Anderraytinq Departamenti KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
· Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək;
· Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;
· Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək;
· Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək;
· Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;
· Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;
· Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.
Tələblər
· Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə);
· Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
· KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür};
· Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;
· Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;
· Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);
· Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır;
· Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;
· MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.
Əlavə məlumat
- Təcrübə: 3 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr
Oxşar elanlar
- PKİD/ Məhkəməyəqədər iş və qərarların icrasına nəzarət şöbəsinin mütəxəssisi (Quba, Qusar və Xaçmaz bölgələri üzrə)Bank Respublika · 30 oktyabr 2026
- Risklərin İdarə edilməsi İdarəsinin Kredit riski şöbəsinin kiçik / mütəxəssisiXalq Bank · 30 oktyabr 2026
- “Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti , Süni intellekt və data analitika şöbəsi, Data EngineerRabitəbank · 29 oktyabr 2026
- İstehlak kreditlərinin monitorinqi üzrə Aparıcı mütəxəssis/Baş mütəxəssisRabitəbank · 29 oktyabr 2026
- “Rabitəbank” ASC Rəqəmsal sistemlərin inkişafı departamenti, Süni intellekt və data analitika şöbəsi, Senior Data ScientistRabitəbank · 29 oktyabr 2026
- Məlumat mərkəzi operatoru (Call center)Yelo Bank ASC · 29 oktyabr 2026