Anderraytinq Mərkəzi KOB kreditlərinin təhlili şöbəsinin aparıcı mütəxəssisi / baş mütəxəssisi

İşin təsviri

· Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə daxil olan sifarişlərin anderraytinqini həyata keçirmək;

· Biznes müştəriləri üzrə daxil olan müraciətlər əsasında maliyyə vəziyyətinin və ödəniş qabiliyyətinin müəyyən edilməsi məqsədilə maliyyə və biznes təhlili aparmaq, mümkün riskləri müəyyən etmək;

· Anderraytinq nəticələri üzrə yekun rəy təqdim etmək;

· Təqdim edilən rəydə sifarişçinin biznesindəki riskli məqamları göstərmək və sifariş üzrə risklərin adekvat şəkildə azaldılması üçün təkliflər vermək;

· Biznes kreditlərinin təhlilinə dair hesabatların hazırlanmasında iştirak etmək;

· Baş mütəxəssis üçün KOB seqmentinə aid məhsulların anderraytinqi üzrə müvafiq təqdimat və rəy formalarına əlavələrin hazırlanmasında iştirak etmək;

· Şöbənin fəaliyyətinə aid vəzifə öhdəliklərindən irəli gələn digər tapşırıqları yerinə yetirmək.

Tələblər

· Ali təhsil (Maliyyə, İqtisadiyyat və əlaqəli istiqamətlər üzrə);

· Səlis Azərbaycan dili biliyi (rus və ingilis dili biliyi arzuolunandır);

· KOB seqmenti üzrə kredit və qarantiya sifarişlərinin təhlili və ya anderraytinq istiqamətində minimum 3 il iş təcrübəsi {(baş mütəxəssis vəzifəsinə iddia edən namizəd üçün minimum 5 il) Korporativ kredit sifarişlərinin təhlili və anderraytinqi üzrə təcrübə üstünlükdür};

· Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olmaq;

· Maliyyə hesabatlarının hazırlanması və anderraytinq edilməsi bacarığı;

· Müxtəlif növ maliyyə hesabatlarının qurulması və onların avtomatlaşdırılması istiqamətində təkliflər vermək bacarığı (baş mütəxəssis vəzifəsinə iddia edən namizədlər);

· Maliyyə sahəsində sertifikatların (ACCA F3/FFA, ACCA F7/FR) olması arzuolunandır;

· Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi, yüksək ünsiyyət və operativ qərarvermə bacarıqları;

· MS Office proqramlarından, xüsusilə MS Excel-dən sərbəst istifadə bacarığı.