İşin təsviri
- Oracle verilənlər bazası üzrə mürəkkəb stored procedure, function, package və trigger-lərin hazırlanması;
- Mövcud PL/SQL kodlarının analizi, optimallaşdırılması və texniki dəstəyin göstərilməsi;
- Verilənlər bazası obyektlərinin (tables, views, indexes və s.) dizaynı və yaradılması;
- SQL sorğularının performansının artırılması və Query Tuning işlərinin aparılması;
- Biznes proseslərin avtomatlaşdırılması üçün yeni proqram həllərinin işlənib hazırlanması.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis, rus və ingilis dillərində yaxşı səviyyədə bilik;
- SQL və PL/SQL sahəsində minimum 3 il iş təcrübəsi;
- Bank sahəsində iş təcrübəsi arzuolunandır;
- Əlaqədar sahələr üzrə sertifikatların olması üstünlükdür;
- ODI biliyi üstünlükdür;
- SQL və PL/SQL proqramlaşdırma dillərini yüksək səviyyədə bilmək;
- JSON obyekt tipi və XML ilə işləmə bacarığı;
- Mövcud sorğular üzrə optimallaşdırma (performance tuning) işlərinin aparılması;
- Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması sahəsində təcrübə;
- MS Excel üzrə yüksək səviyyəli biliklər arzuolunandır;
- Güclü məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
- Yeni texnologiyaları öyrənməyə həvəs;
- Verilən tapşırıqlara tez adaptasiya olma və müstəqil araşdırma aparmaq bacarığı.