İşin təsviri
- Gecə növbəsində daxil olan zəngləri operativ şəkildə qəbul etmək və müştərilərə dəstək göstərmək;
- Online chat platformaları üzərindən müraciətləri cavablandırmaq;
- Eyni anda həm zəng, həm də yazılı sorğuları effektiv idarə etmək;
- Təcili və kritik müraciətləri düzgün qiymətləndirərək operativ həll etmək və ya aidiyyəti üzrə yönləndirmək;
- Bank məhsul və xidmətləri ilə bağlı dəqiq və düzgün məlumat təqdim etmək;
- Müştəri şikayətlərini diqqətlə dinləmək və həll yönümlü yanaşmaq;
- Gecə saatlarında sistemlərdə yaranan problemləri qeydə almaq və müvafiq şöbələrə ötürmək;
- Daxili sistemlərdə bütün müraciətləri düzgün və tam şəkildə qeydiyyata almaq;
- Şirkətin daxili qaydalarına və təhlükəsizlik prosedurlarına riayət etmək.
Tələblər
- Ali təhsil;
- Azərbaycan dilində səlis danışıq (rus dili biliyi üstünlükdür);
- Səlis nitq, düzgün diksiya və ünsiyyət bacarığı;
- Müştəri yönümlülük və səbrli yanaşma;
- Kompüter bilikləri (MS Office, CRM sistemləri ilə işləmək bacarığı);
- Stress altında işləmək və operativ qərar vermək bacarığı.