İşin təsviri
- Telefon, elektron poçt və digər məsafədən kommunikasiya kanalları vasitəsilə mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və davamlı əməkdaşlığın inkişaf etdirilməsi;
- Kiçik və Orta Biznes müştərilərinə Bankın kredit məhsulları, xidmətləri və kampaniyaları barədə məlumatlandırmanın aparılması, müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun həllərin təqdim olunması;
- Kiçik və Orta Biznes kreditləri və digər bank məhsulları üzrə müəyyən edilmiş aylıq satış planlarının icrasının təmin edilməsi;
- Potensial müştərilərlə telefon vasitəsilə ilkin əlaqələrin qurulması, satış imkanlarının qiymətləndirilməsi və müraciətlərin növbəti mərhələyə yönləndirilməsi;
- Müştərilərdən daxil olan sorğu və müraciətlərin qəbul edilməsi, araşdırılması, cavablandırılması, zərurət yarandıqda aidiyyəti struktur bölmələrinə yönləndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi;
- Müştəri məlumatlarının Bankın daxili sistemlərində düzgün və vaxtında qeydiyyatının aparılması, satış göstəriciləri üzrə məlumatların hazırlanması və hesabatlılığın təmin edilməsi;
- Rəhbərlik tərəfindən verilmiş tapşırıqların və bölmənin fəaliyyət istiqamətinə uyğun digər işlərin icrasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Satış, müştəri xidməti və ya bank sahəsində iş təcrübəsi üstünlükdür;
- Güclü ünsiyyət, satış və təqdimat bacarıqları;
- Nəticəyönümlü, məsuliyyətli və komandada işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək (rus və ingilis dili bilikləri üstünlükdür);
- MS Excel bilikləri yaxşı olan namizədlər üstünlükdür;
- Analitik düşüncə bacarığı.