İnzibati işlər üzrə təcrübə proqramı (Baku Expo Center)

İşin təsviri

Təsvir

PAŞA Property Management şirkəti İnzibati işlər üzrə təcrübə proqramını elan edir. Əgər sən də uğurlu təcrübəçilərdən biri olmaq istəyirsənsə, müraciət et!

Proqram çərçivəsində nələr əldə edəcəksən?

  • Təcrübəli mentorların dəstəyi;
  • Real layihələr üzərində iş;
  • Təcrübə proqramını uğurla tamamlayan iştirakçılar şirkətdə aktiv vakansiyalar üzrə dəyərləndirilə bilərlər.

Vəzifə öhdəlikləri:

  • Sərgi dövründə inzibati komandaya gündəlik işlərdə dəstək göstərmək;
  • Sənədlərin hazırlanması, çapı, skan edilməsi və arxivləşdirilməsində iştirak etmək;
  • Görüş və tədbirlərin təşkilinə dəstək vermək;
  • Qonaqların qarşılanması və qeydiyyat prosesində iştirak etmək;
  • Məlumatların Excel və digər sistemlərə daxil edilməsinə kömək etmək;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları yerinə yetirmək.

Tələblər

Proqramda iştirak şərtləri:

  • Ali təhsil pilləsinin sonuncu kurs tələbələri və ya 2025 və 2026-ci il məzunları;
  • Azərbaycan, rus və ingilis dillərini yaxşı səviyyədə bilmək;
  • Microsoft Office proqramlarından istifadə bacarığı;
  • Yaxşı ünsiyyət və müştərilərlə işləmək bacarığı.