İşin təsviri
- Bankın strateji hədəflərinə uyğun olaraq KOB seqmenti üzrə kredit sifarişlərinin və qarantiya sifarişlərinin anderraytinqini həyata keçirmək;
- Biznes müştərilər üzrə daxil olan müraciətlərin maliyyə vəziyyətinin, ödəniş qabiliyyətinin müəyyən olunması məqsədilə maliyyə və biznes təhlilinin aparılması və mümkün riskərin müəyyən olunması;
- Anderraytinq nəticələrinə əsasən yekun rəy hazırlamaq və təqdim etmək;
- Təqdim edilən rəydə sifarişçilərin biznesindəki riskli məqamları göstərməklə sifariş üzrə risklərin adekvat formada azaldılması üçün təkliflər vermək;
- Biznes kreditlərinin anderraytinqi üzrə tələb olunan hesabatların hazırlanmasında iştirak etmək;
- KOB məhsulları üzrə anderraytinq prosesləri üçün təqdimat və rəy formalarının təkmilləşməsinə dəstək olmaq (baş mütəxəssis üçün nəzərdə tutulur);
- Direktor/Direktor müavini, şöbə rəisi və əvəzedici tərəfindən verilmiş şöbənin fəaliyyətinə aid olan digər işləri görmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Azərbaycan dilini səlis bilmə (rus və ingilis dili arzuolunandır);
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktları ilə bağlı məlumatlı olma;
- KOB seqmenti üzrə kredit sifarişlərinin, qarantiya sifarişlərinin təhlili və ya bu istiqamətdə anderraytinq sahəsində aparıcı mütəxəssis vəzifəsinə minimum 3 il, baş mütəxəssis vəzifəsinə minimum 5 il iş təcrübəsinin olması (Maliyyə sahəsində sertifikatların – ACCA F3/FFA, ACCA F7/FR olması arzuolunandır) (Korporativ məhsullar üzrə sifarişlərin təhlili, anderaytinqi təcrübəsi baş mütəxəssis namizədləri üçün arzuolunandır);
- Analitik düşüncə, komandada işləmək, vaxtın idarə edilməsi və yüksək səviyyədə ünsiyyət,operativ qərarvermə bacarığı olmalı;
- MS Office proqramlarını, xüsusilə MS Excel-i yaxşı səviyyədə bilmək;
- Maliyyə hesabatlarının qurulması və avtomatlaşdırılması üzrə təşəbbüskarlıq (baş mütəxəssis üçün nəzərdə tutulur).