İşin təsviri
- Bankın layihələrinin planlaşdırılması, koordinasiyası və icrasına nəzarətdə iştirak etmək;
- Layihələrin müddət, büdcə, resurs və nəticə göstəricilərini monitorinq etmək;
- Layihə portfelini və layihə reyestrini aktual saxlamaq;
- Layihə rəhbərlərindən məlumatları toplamaq və müvafiq hesabatlar hazırlamaq;
- Layihələr üzrə risk, problem və gecikmələri müəyyənləşdirmək və eskalasiya etmək;
- Layihə statusları, KPI-lar və rəhbərlik üçün təqdimatlar hazırlamaq;
- Layihə üzrə işçi görüşləri koordinasiya etmək, gündəliyi və iclas nəticələrini sənədləşdirmək;
- PMO proseslərinin və layihə idarəetmə metodologiyasının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
- Layihələr üzrə bütün zəruri sənədlərin PMO standartlarına uyğun hazırlanmasını, sistemləşdirilməsini və arxivləşdirilməsini həyata keçirmək.
Tələblər
- İqtisadiyyat, biznes idarəetməsi, mühəndislik və ya İT üzrə ali təhsil;
- Bank/maliyyə sektorunda minimum 2 il təcrübə, o cümlədən layihə idarəetməsi/PMO sahəsində;
- Layihə idarəetmə metodologiyaları (PMBOK, Agile/Scrum) üzrə biliklər;
- Layihə portfeli, reyestr və sənədləşdirmənin aparılması bacarığı;
- Müddət, büdcə və risklərin monitorinqi, hesabatlıq və rəhbərlik üçün təqdimat hazırlama bacarığı;
- MS Project, Jira və ya oxşar alətlərdə işləmə bacarığı;
- Microsoft Excel və PowerPoint-də yüksək səviyyədə işləmə bacarığı;
- Güclü ünsiyyət və komandada işləmə bacarığı;
- İngilis dili biliyi və PMP/Prince2 sertifikatı üstünlükdür.