İşin təsviri
- Biznes və texniki tələbləri təhlil edərək test ssenariləri və test planları hazırlamaq;
- Yeni funksionallıqların və mövcud sistemlərdə həyata keçirilən dəyişikliklərin test edilməsini təmin etmək;
- Manual testlərin icrasını həyata keçirmək və nəticələrini sənədləşdirmək;
- Aşkarlanmış qüsurları (bug/defect) qeydiyyata almaq, izləmək və aradan qaldırılması prosesinə nəzarət etmək;
- Funksional, inteqrasiya, sistem və reqressiya testlərini icra etmək;
- API və verilənlər bazası səviyyəsində yoxlamalar aparmaq;
- Tərtibatçılar, biznes analitiklər və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etmək;
- Test nəticələri üzrə müntəzəm hesabatlar hazırlamaq və təqdim etmək;
- Məhsulun keyfiyyət standartlarına və biznes tələblərinə uyğunluğunu təmin etmək;
- İstifadəçi Qəbul Testləri (UAT) prosesində iştirak etmək və müvafiq dəstək göstərmək;
- Test proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində təkliflər vermək;
- Bank sistemlərinin etibarlılığı, təhlükəsizliyi və performansının yoxlanılması prosesində iştirak etmək;
- Layihə müddətlərinə uyğun olaraq test fəaliyyətlərini planlaşdırmaq və icra etmək.
Tələblər
- Ali təhsil;
- QA mühəndisi və ya proqram təminatının test edilməsi sahəsində minimum 1–2 il iş təcrübəsi;
- Proqram təminatının hazırlanması və test edilməsi həyat dövrləri (SDLC və STLC) üzrə nəzəri və praktiki biliklər;
- Manual testlərin planlaşdırılması, hazırlanması və icrası sahəsində təcrübə;
- Test ssenarilərinin (Test Cases), test planlarının və test hesabatlarının hazırlanması bacarığı;
- Funksional, inteqrasiya, sistem, reqressiya (Regression) və istifadəçi qəbul testləri (UAT) üzrə təcrübə;
- Proqram təminatındakı qüsurların (defektlərin) aşkarlanması, sənədləşdirilməsi, prioritetləşdirilməsi və izlənilməsi üzrə bilik və təcrübə;
- SQL sorğularının yazılması və verilənlər bazaları ilə işləmək bacarığı;
- REST API-lərin test edilməsi üzrə bilik və təcrübə (Postman, Swagger və oxşar alətlər);
- Jira, Confluence və ya analoji layihə idarəetmə və sənədləşdirmə alətləri ilə işləmək təcrübəsi;
- Agile/Scrum metodologiyaları üzrə biliklər;
- Testlərin avtomatlaşdırılması sahəsində ilkin və ya praktiki təcrübə (Selenium, Cypress, Playwright və ya analoji alətlər) üstünlük hesab olunur;
- Bankçılıq, ödəniş sistemləri və ya maliyyə texnologiyaları (FinTech) sahəsində iş təcrübəsi üstünlükdür;
- Güclü analitik düşünmə, problem həll etmə və detallara yüksək diqqət bacarığı;
- Komanda daxilində effektiv ünsiyyət və əməkdaşlıq qurmaq bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı, ingilis dilində texniki sənədləri oxuyub-anlama səviyyəsində bilik.