İşin təsviri
- Bankın kredit portfelinin mütəmadi təhlilinin aparılması;
- Kredit portfelinin risk göstəricilərini əks etdirən hesabatların (Vintage, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) hazırlanması və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət edilməsi;
- Kredit riskləri üzrə göstəricilərin bankın müəyyən etdiyi risk limitlərinə uyğunluğuna nəzarət edilməsi;
- Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması;
- IFRS 9 tələblərinə uyğun ehtiyatların hesablanması;
- Prudensial ehtiyatların hesablanması və Mərkəzi Bankın müvafiq qaydaları üzrə biliklərin tətbiq edilməsi.
Üstünlüklərimiz:
- Komanda daxilində bilik və təcrübə mübadiləsi, həmçinin peşəkar inkişaf imkanları;
- Karyeraya güclü başlanğıc və gələcək əməkdaşlıq imkanları;
- Peşəkar və dəstəkləyici komanda mühiti;
- Güclü korporativ mədəniyyət.
Tələblər
- Maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli ixtisaslar üzrə ali təhsil;
- Excel, Toad və Oracle PL/SQL proqramları üzrə yüksək səviyyədə bilik;
- IFRS 9 hesabatlarının hazırlanması üzrə bilik və praktiki təcrübə;
- PD, EAD, LGD və ECL modellərinin qurulması və yenilənməsi üzrə biliklər arzuolunandır;
- Power BI üzrə biliklər arzuolunandır;
- Python və/və ya R proqramlaşdırma dilləri üzrə biliklər arzuolunandır;
- Statistik biliklər;
- Bank məhsulları haqqında geniş məlumat;
- Güclü məntiqi və analitik düşünmə qabiliyyəti;
- Böyük həcmli məlumat bazaları ilə işləmək və təqdimatlar hazırlamaq bacarığı;
- İngilis və rus dillərini bilmək arzuolunandır;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür.