İşin təsviri
Təsvir
- Mobil bank tətbiqi üzrə təqdim edilmiş development tapşırıqlarının icrasını təmin etmək;
- Yeni ekranların, istifadəçi axınlarının və funksionallıqların hazırlanması prosesində iştirak etmək;
- Mövcud funksionallıqlarda dəyişikliklərin həyata keçirilməsi, optimallaşdırma və təkmilləşdirmə işlərini aparmaq;
- Backend API-lərlə inteqrasiyaları həyata keçirmək, inteqrasiya zamanı yaranan problemləri araşdırmaq və həll etmək;
- Aşkarlanmış bug-ları analiz etmək, yaranma səbəblərini müəyyənləşdirmək və müvafiq həllər tətbiq etmək;
- Mövcud layihə strukturuna uyğun şəkildə kod yazılmasını təmin etmək və müəyyən edilmiş struktur prinsiplərinə riayət etmək;
- Tapşırıqlar üzrə texniki məsələləri vaxtında müəyyənləşdirmək və uyğun həll variantları təklif etmək;
- Zərurət yarandıqda mövcud kod bazasında refactoring işləri aparmaq və texniki borcun azaldılmasına töhfə vermək;
- Görülən işlərlə bağlı texniki sənədləşməni yeniləmək və yeni texniki dokumentasiya hazırlamaq;
- QA mərhələsində aşkar olunan problemlərin aradan qaldırılmasını təmin etmək;
- Product, design, backend və QA komandaları ilə development prosesində koordinasiyalı əməkdaşlıq etmək;
- Release prosesi zamanı edilən dəyişikliklərin stabil işləməsinə nəzarət etmək;
- Bank tətbiqi üçün vacib olan stabil işləmə, təhlükəsizlik və istifadəçi təcrübəsi prinsiplərini development prosesində nəzərə almaq.
Tələblər
- Flutter/Dart üzrə minimum 4 ildən artıq praktiki iş təcrübəsinə malik olmaq;
- Production səviyyəli mobil tətbiqlərlə işləmə təcrübəsinə sahib olmaq;
- Bloc/Cubit texnologiyaları ilə işləmə təcrübəsinə malik olmaq;
- Clean Architecture və modular project structure prinsiplərini yaxşı səviyyədə anlamaq;
- Dio, Retrofit, GetIt/Injectable və AutoRoute texnologiyaları ilə işləmə təcrübəsinə sahib olmaq;
- Mövcud layihə strukturunu qısa müddətdə mənimsəmək bacarığına malik olmaq;
- Kod keyfiyyəti, oxunaqlılıq və maintainability prinsiplərinə yüksək önəm vermək;
- Tapşırıqları müstəqil şəkildə analiz etmək, autonom və məsuliyyətli yanaşma nümayiş etdirmək;
- Solution-oriented düşüncə tərzinə sahib olmaq;
- AI alətlərindən development prosesində düzgün və effektiv şəkildə istifadə etmək bacarığına malik olmaq;
- Texniki dokumentasiyanı oxumaq və hazırlamaq bacarığına sahib olmaq;
- Agile/Scrum mühitində komanda ilə effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq;
- İngilis dilində texniki dokumentasiya ilə işləmək bacarığına sahib olmaq;
- Bank və ya fintech sahəsində mobil tətbiqlərlə işləmə təcrübəsi üstünlük hesab olunur;
- Android və/və ya iOS native development biliklərinin olması üstünlük hesab olunur.