Strateji planın icrasına nəzarət şöbəsində Biznes Analitik – Strateji İnkişaf və Layihələrin İdarə Olunması Departamenti

İşin təsviri

Təsvir

  • Gəlir və xərclərin proqnozu, hesablanması, analizi;
  • Hesabatlılığın aparılması;
  • KPİ-ların hesablanması və qoyulması;
  • Şərtlərin biznes məqsədlərinə uyğun formalaşdırılması, dəyişdirilməsi və razılaşdırılması;
  • Hesabatlılıq tələblərinin formalaşdırılması və aidiyyatı şəxslərlə razılaşdırılması;
  • Maliyə modellərinin hazırlanması;
  • Maliyyə və biznes keyslərin maraqlı tərəflərlə (məsələn: maliyyə, risk, hüquq strukturları) müzakirəsi və razılaşdırılması;
  • Müştəri bazası üzərindən hədəf seqmentlərin müəyyən edilməsi;
  • Yeni biznes imkanlarının və yollarının araşdırılması, yeni təkliflərin və ideyaların formalaşdırılması;
  • Maliyyə və Fintech bazarlarında baş verənlərin izlənilməsi;
  • Məhsul, müştəri (fiziki və hüquqi), proses və sistem ilə bağlı məlumatların SQL, Python və digər alətlərlə (proqramlaşdırma dilləri ilə) emalı, çıxarılması, aqreqatlaşdırılması, təmizlənməsi, düzəldilməsi, keyfiyyət monitorinqinin aparılması, sorğuların optimallaşdırılması;
  • Yuxarıda sadalanan məlumatlar əsasında biznesdə maraqlı tərəflər üçün yararlı təhlillərin, nəticələrin çıxarılması;
  • Standard və qeyri-standart (ad-hoc) hesabatlılığın Excel, Tableau kimi alətlər vasitəsi ilə təmin olunması;
  • Qabaqcıl analitikanın aparılması;
  • Python və digər alətlər (Dataiku məsələn) vasitəsi ilə prediktiv (statistik) modellərin qurulması;
  • İnsiatoru olduğu, istifadə etdiyi modeller varsa cavabdehlik daşımalı;
  • Əmək müqaviləsi, struktur bölmənin əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra etməli.

Tələblər

  • Azərbaycan dilini mükəmməl bilmək (ingilis dili biliyi arzuolunandır);
  • Maliyyə, iqtisadiyyat və ya biznes üzrə ali təhsil;
  • Bank və ya maliyyə sektorunda minimum 3 il müvafiq iş təcrübəsi;
  • Strateji planlaşdırma, büdcələmə və maliyyə proqnozlaşdırılması sahəsində biliklər;
  • Seqment, məhsul və kanallar üzrə rentabellik analizlərinin aparılması;
  • KPI-ların strateji hədəflərlə uyğunlaşdırılması və performans təhlili;
  • Alternativ inkişaf ssenarilərinin modelləşdirilməsi;
  • Güclü analitik düşüncə və biznes yanaşması;
  • Beynəlxalq praktikada qəbul edilən digər bilik və keyfiyyətlərə malik olması;
  • Microsoft Excel və Microsoft PowerPoint proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
  • Vizualizasiya alətləri (Tableau, Power BI və s.) üzrə biliklər;
  • Ünsiyyət və komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli olmaq;
  • Gərgin iş şəraitində effektiv işləmə bacarığı.