Əsas Vəsaitlər və İnventar üzrə Mühasib

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş yeri: 2 gün şəhər ofisi (Baku Bay Tower 113, 8 noyabr prospekti) / 3 gün Balaxanı zavod ofisi

Tələblər:

  • Maliyyə, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil
  • Əsas Vəsaitlər, İnventar və Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
  • Orta səviyyədə MS Excel biliyi
  • Orta səviyyədə ingilis dili biliyi
  • 1C (8.3 versiyası arzuolunandır) proqramında sərbəst işləmək bacarığı
  • PMS, ACCA, CIMA, CPA sertifikatları üzrə göstəricilər arzuolunandır.

Tələb olunan kompetensiyalar:

  • Müştəriyönümlülük
  • Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
  • Bütövlük
  • Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

  • Norm ASC-nin törəmə müəssisələrində əsas vəsaitlərin hərəkətinin ERP – 1C proqram təminatında monitorinqi və əsas vəsaitlərin qeydiyyatının müvafiq qaydada tənzimlənməsi;
  • İnventar və əsas vəsaitlərin alınmasına nəzarət və yanlış qeydlərin korrektə edilməsi;
  • Əsas vəsaitlərlə bağlı məsələlərin anbardan istehsalatadək nəzarət və uçotu;
  • Əsas vəsaitlərin amortizasiyası və təmirinin nəzarət və uçotu;
  • Əsas vəsaitlərlə bağlı strategiya və prosedurların tərtib edilməsinə dəstək;
  • Mühasibatlıq və digər şöbələrlə birlikdə doğru və səmərəli uçot üsullarının, həmçinin əsas vəsaitlərin uçotu, qeydiyyatı və hesabatları ilə bağlı digər şöbələrin biznes ehtiyaclarının təmin edilməsi;
  • Həftəlik/aylıq/yarımillik/illik fiziki inventarizasiyada iştirak etmək və fərqlərin qeydə alınması;
  • İnventarizasiya üzrə strategiya və prosedurların bərqərar edilməsinə dəstək;
  • Gündəlik, həftəlik, aylıq və xüsusi inventarizasiya və istehlak hesabatlarının hazırlanması və bütün əlaqədar şöbələrə təqdim edilməsi;
  • İstehsal və təchizat şöbələri ilə birlikdə inventarizasiya qeydlərinin düzgün aparılmasının təmin edilməsi;
  • Mühasibatlıqla birlikdə bütün məhsulların maya dəyərinin satış qiymətlərində və saxlanma xərclərində düzgün qeydə alınmasının təmin edilməsi;
  • Kapital xərclər (CAPEX) və ya Əməliyyat xərcləri (Opex) uçot mərkəzlərində malların düzgün təsnif edilməsi üçün digər şöbələrlə əməkdaşlıq;
  • Anbardakı malların zədələnməsi, sınması və köhnəlməsinin qarşısının alınması üçün nəzarətin anbar işçilərilə əməkdaşlıq;
  • Köhnəlmiş/artıq malların anbardan çıxarılması üçün baxış keçirilməsi;
  • 1C proqramında debitor və kreditor borclarının gündəlik uçotunun aparılması, üzləşmə aktlarının hazırlanması və qalıqlara nəzarət edilməsi, İnternet-bankçılıq üzərindən yerli və xarici ödənişlərin həyata keçirilməsi, bank çıxarışlarının proqrama işlənilməsi və gündəlik pul axınının izlənilməsi kimi işlərdən xəbardar olması;
  • Mal-materialların ERP sistemi (1C) üzrə düzgün qeydiyyata salınmasına nəzarət. İnventarizasiya siyasətlərinin və prosedurlarının bərqərar və tətbiq olunmasına dəstək;
  • İstehsal edilmiş üzrə maya dəyərinin (unit cost) hesablanması, xammalın silinməsi (reseptə uyğun), hazır məhsulun anbar uçotu və istehsalat itkilərinin sənədləşdirilməsi sahəsində təcrübə;
  • Məhsulların qiymətlərində maya dəyərinin və anbar xərclərinin nəzərə alınmasını təmin etmək üçün mühasibatlıqla əməkdaşlıq;
  • Satınalmalarla bağlı sifariş tələbləri (PR), sifariş əmrləri (PO) və müqavilələr kimi sənədlərin yerində olmasını və 1C proqramına daxil edilməsinin təmin olunmasına dəstək;
  • Birbaşa rəhbərin və/və ya şirkət rəhbərliyinin xüsusi tapşırıqlarının yerinə yetirilməsi;
  • Lazım gələrsə Maliyyə şöbəsindəki digər bölmələrə tapşırıqların yerinə yetirilməsində dəstək;
  • Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

Biz nə təklif edirik:

  • Könüllü tibbi siğorta
  • Nəqliyyat
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
  • Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.