Vakansiya haqqında
Tələblər:
Əsas vəzifə öhdəlikləri
- Potensial korporativ müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək;
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək;
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq;
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- İş vaxtı: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00
- Şirkət tərəfindən korporativ nömrə və telefon verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq
- Bonus və rüblük motivasiya
Tələblər
- Təhsil: Ali
- İş təcrübəsi: Müştəri xidmətləri
- Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Üstünlük hesab olunur
- Satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- İngilis dili (arzuolunandır)
Oxşar elanlar
- Специалист по сбору информации/ Ərazilərin təyini üzrə piyada mütəxəssis2GİS · Bu gün
- Sales Director / Satış üzrə direktorTABIA Group · Bu gün
- Birbaşa satışlar şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiBank VTB (Azərbaycan) · Dünən
- Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)Moya Trade · Dünən
- Satışdan əvvəl yoxlama üzrə mütəxəssisPASHA Real Estate Group · Dünən
- KassirTAİS İKF · 2 gün əvvəl