Məzmuna keçin
Moya Trade yerləşdirilib

Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)

Maaş
800 – 2 500 AZN
Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Şəhər: Bakı

Maaş: 800 AZN (net) + bonus

Təcrübə: 1 ildən çox

Təhsil: Orta ixtisas və ya ali

Şirkət haqqında:

“MOYA TRADE” MMC Bakıda marketləri, restoranları və kafeləri meyvə-tərəvəzlə təchiz edir. Sifarişlər qəbul edilir, anbarda hazırlanır və ertəsi gün müştərinin ünvanına çatdırılır.

İş şəraiti:

Rəsmi əmək müqaviləsi, sosial sığorta və illik məzuniyyət.

Maaş: 800 AZN (net).

Bonus: satış nəticələrinə görə, KPI əsasında. Yuxarı həddi yoxdur.

Şəxsi avtomobilin yanacaq və amortizasiya xərcləri qarşılanır.

Mobil rabitə xərcləri qarşılanır.

İş qrafiki: həftədə 40 saat. Bazar ertəsi–cümə 09:00–17:00, şənbə 09:00–14:00.

Müraciət qaydası:

Müraciət etməzdən əvvəl elanı diqqətlə oxuyun. CV göndərərkən məktubda və ya mesajda bu vəzifədə nə iş görəcəyinizi 2–3 cümlə ilə öz sözlərinizlə yazın. Qısa izahı olmayan müraciətlər elanı oxumadan göndərilmiş hesab ediləcək və nəzərə alınmayacaq.

Öhdəliklər

Bakıda şəbəkə marketləri, restoranları, kafeləri və otelləri müəyyən etmək və ziyarət etmək.

Meyvə-tərəvəz çeşidini və qiymətlərini təqdim etmək, kommersiya danışıqları aparmaq.

Müştərilərlə alqı-satqı müqavilələrinin bağlanmasını təşkil etmək.

Gündəlik sifarişləri qəbul etmək və onlayn sistemə yerləşdirmək.

Müştəri bazasını yaratmaq və yeniləmək.

Ödənişlərin vaxtında daxil olmasına nəzarət etmək.

Mövcud müştərilərlə əməkdaşlığı davam etdirmək və satış həcmini artırmaq.

Tələblər

  • B2B satışda, distribusiyada və ya ekspeditor kimi ən azı 1 il təcrübə
  • Şəbəkə marketlərin satınalma menecerləri, restoran və kafe sahibləri ilə danışıq aparmaq bacarığı
  • Şəxsi avtomobil və B kateqoriyalı sürücülük vəsiqəsi
  • Smartfondan sərbəst istifadə: WhatsApp, Google Maps, onlayn sifariş sistemi
  • Azərbaycan dilini mükəmməl, rus dilini danışıq səviyyəsində bilmək
  • Məsuliyyət, nəticəyə yönəlmə və müştəri ilə uzunmüddətli əlaqə qurmaq bacarığı

Üstünlük hesab olunur

  • Meyvə-tərəvəz, ərzaq və ya HoReCa sahəsində təcrübə üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →