Satış ekspeditoru (Meyvə-tərəvəz)
- Maaş
- 800 – 2 500 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
İş şəraiti
Əmək haqqı: Sabit 800 AZN + KPI(bonus sistemi) 2000 AZN + avtomobil xərclərinin kompensasiyası
İş yeri: Bakı şəhəri
İş qrafiki: 6 günlük iş həftəsi saat 09:00-17:00 (Şənbə günü 09:00-14:00)
Sabit əməkhaqqı və nəticəyə əsaslanan bonus sistemi;
Yanacaq xərclərinin qarşılanması;
Şəxsi avtomobilin texniki xidmət və amortizasiya xərclərinin kompensasiyası;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.
Öhdəliklər
Təyin olunmuş ərazi üzrə yeni müştərilərin (market və ticarət obyektlərinin) cəlb edilməsi və əməkdaşlıq əlaqələrinin qurulması;
Müştərilərlə kommersiya danışıqlarının aparılması, satış qiymətlərinin və əməkdaşlıq şərtlərinin şirkətin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində razılaşdırılması;
Müştərilərdən gündəlik sifarişlərin qəbul edilməsi, qeydiyyata alınması və icra üçün müvafiq bölməyə ötürülməsi;
Müştərilərlə müqavilələrin və satışla bağlı digər sənədlərin rəsmiləşdirilməsinin təşkili;
Sifarişlərin vaxtında və düzgün çatdırılmasının izlənilməsi, yaranan məsələlərin operativ həlli;
Müştərilərlə qarşılıqlı hesablaşmaların aparılması, debitor borclarına və ödənişlərin vaxtında daxil olmasına nəzarət;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və təkrar sifarişlərin artırılması;
Satış, sifariş və daxilolmalar üzrə gündəlik hesabatların təqdim edilməsi.
Tələblər
- Şəxsi avtomobilinin olması (mütləqdir)
- Satış və ya ekspeditor sahəsində iş təcrübəsi
- Bakı şəhərinin ərazilərini və market sektorunu yaxşı tanımaq
- Müştərilərlə danışıqlar aparmaq və satış bacarığı
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq
Üstünlük hesab olunur
- Qida məhsullarının distribusiyası üzrə təcrübəyə üstünlük verilir
Oxşar elanlar
- Korporativ satış üzrə mütəxəssisAteshgah Sigorta · Bu gün
- Специалист по сбору информации/ Ərazilərin təyini üzrə piyada mütəxəssis2GİS · Bu gün
- Sales Director / Satış üzrə direktorTABIA Group · Bu gün
- Birbaşa satışlar şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisiBank VTB (Azərbaycan) · Dünən
- Satış ekspeditoru (şəbəkə marketlər və HoReCa)Moya Trade · Dünən
- Satışdan əvvəl yoxlama üzrə mütəxəssisPASHA Real Estate Group · Dünən