Direktor köməkçisi

Dünən
1000 - 1300
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə funksiyaları:

  • Rəhbərliyin gündəlik və həftəlik təqvimini planlamaq, görüşləri təşkil etmək və prioritetləşdirmək
  • Rəhbərlik adından daxil olan yazışmaları (e-mail, zəng və s.) idarə etmək, cavab layihələri hazırlamaq və icra nəzarətini təmin etmək
  • Ezamiyyətlərin və işgüzar görüşlərin təşkili (bilet, otel, logistika və s.)
  • Hesabatlar, təqdimatlar, briflər və görüş protokolları hazırlamaq
  • Rəhbərlik tərəfindən verilmiş tapşırıqların icrasını izləmək və status üzrə mütəmadi məlumat təqdim etmək
  • İdarə Heyəti iclaslarının planlaşdırılması və təşkili
  • İclas gündəliyinin hazırlanması və təsdiq üçün təqdim edilməsi
  • İclas materiallarının toplanması, strukturlaşdırılması və üzvlərlə vaxtında paylaşılması
  • İdarə Heyəti iclaslarının protokollarını hazırlamaq və qərarları rəsmiləşdirmək
  • Qəbul edilmiş qərarların icrasını izləmək və status hesabatları hazırlamaq
  • İdarə Heyətinə aid sənədlərin məxfiliyini qorumaq və sistemli arxivləşdirilməsini təmin etmək
  • Rəhbərlik ilə struktur bölmələr və xarici tərəfdaşlar arasında koordinasiyanı təmin etmək
  • Bitrix sistemi üzərindən tapşırıqların icra vəziyyətini izləmək və gecikmələr üzrə nəzarət aparmaq
  • Struktur bölmələr tərəfindən təqdim olunan aylıq hesabatların vaxtında təqdim edilməsini izləmək və konsolidə məlumatı rəhbərliyə təqdim etmək
  • İnzibati proseslərə dəstək vermək (xərc hesabatları, satınalma sorğuları və s.)

Vəzifəyə olan tələblər:

  • Ali təhsil (idarəetmə, hüquq və ya uyğun sahə üzrə üstünlükdür)
  • Müvafiq sahədə minimum 2–4 il iş təcrübəsi
  • Azərbaycan dili – yüksək səviyyədə, rus və ingilis dili – arzuolunandır
  • MS Office proqramlarında (xüsusilə Excel və PowerPoint) yüksək işləmə bacarığı
  • Analitik düşünmə və təşkilatçılıq bacarıqları
  • Güclü yazılı və şifahi kommunikasiya
  • Məxfilik, dəqiqlik və məsuliyyətlilik

İş Şəraiti:

  • İş qrafiki: 5/2, 09:30-18:30
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək Haqqı: 1000 -1300 AZN NET
  • İş yeri: Çıraq Plaza Tbilisi pr. 49C

Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Direktor köməkçisi” yazaraq vusala.racabova@avantgroup.az elektron poçt ünvanına göndərə bilərlər.