Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
- Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
- Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
- Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
- Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
- Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarını təhlil edilməsi;
- Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
- Brend üzrə qiymət siyasətini mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
- Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.
Tələb olunan bilik və bacarıqlar:
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Güclü analitik düşüncəyə malik olması;
- Təqdimat proqramlarında işləmək bacarığı (PPT hazırlanması və s.);
- Excel, Power BI və SAP proqramları üzrə biliklər;
- Kollektivdə işləmə bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
- Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
- Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
- İngilis və Rus dil biliyi arzuolunandır.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46C.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- İşçilərə qayğı proqramı;
- Peşəkar komanda mühiti;
- Nahar;
- Şirkət hesabına korporativ nömrə;
- Təlim və inkişaf imkanları.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul meneceri” yazaraq (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat
- Təcrübə: 1-2 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Aparıcı layihə meneceriİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 29 oktyabr 2026
- Audit ManagerPASHA Holding · 27 oktyabr 2026
- Biznes analitika üzrə menecerKontakt Home · 16 oktyabr 2026
- Delivery Manager ( IT layihələr üzrə)ATB Bank · 15 oktyabr 2026
- Risk and Internal Control ManagerAvromed Company MMC · 14 oktyabr 2026
- Kiçik və Orta Sahibkarlıq Bankçılığı departamentinin KOS Bakı Filialları üzrə Satış və Əməliyyatlar/ Bridge Plaza şöbəsinin Satış 1 qrupunun Kiçik Müştəri MeneceriPasha Bank · 13 oktyabr 2026