Kassa əməliyyatları üzrə mütəxəssis

İşin təsviri

  • ERP sistemi üzərindən kassa qalıqlarının gündəlik yoxlanılması və uçot məlumatlarının düzgünlüyünün təmin edilməsi;
  • Əməkdaşlardan daxil olan gündəlik sorğuların vaxtında və dəqiq icra olunması;
  • Hər iş gününün sonunda inkassasiya əməliyyatlarının yoxlanılması;
  • ƏDV sisteminin gündəlik monitorinqinin aparılması və məlumatların uyğunluğunun yoxlanılması;
  • Nağdsız qaytarmalara nəzarət edilməsi və müvafiq əməliyyatların icrası;
  • Aylıq bank çıxarışlarında əks olunan komissiyaların yoxlanılması və üzləşdirilməsi;
  • Aylıq ƏDV hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Topdan satışlar üzrə ƏDV çeklərinin monitorinqinin aparılması;
  • Müştərilərdən daxil olan nağd ödənişlərin (borcların) qəbulu və uçotunun aparılması;
  • Sonradan daxil olan taksit müraciətlərinin araşdırılması və nəticələndirilməsi;
  • Banklardan POS terminalların və kassa tokenlərinin sifariş edilməsi, prosesə nəzarətin həyata keçirilməsi.
  • İş şəraiti:
  • İş qrafiki: I–V günlər 09:00–18:00;
  • İş yeri: Bakı şəhəri.

Tələblər

  • Ali təhsil;
  • Kassa əməliyyatları sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Problemlərin həlli və təşəbbüskarlıq bacarığı;
  • Yüksək məsuliyyətlilik və diqqətlilik;
  • Analitik düşünmə və məlumatlarla işləmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Biz nə təklif edirik?

* Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;

* Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;

* Müasir və rahat ofis şəraiti;

* Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;

* Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı

Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq