Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Şirkətin satınalma prosesini təşkil və idarə edir;
Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirir və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırır;
Xarici və yerli təchizatçıları araşdırır, seçim edir və təchizatçı bazasını daima yeniləyir;
Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıları cəlb edir;
Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqları aparır;
Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirir;
Satın alınmış xammal, mal, materialların və xidmətlərin məlumat bazasını hazırlayır və yeniləyir, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət edir və aidiyyati şəxslərə hesabat verir;
Satınalmalar üçün rəqabətli qiymət sorğusu sisteminə nəzarət edir;
Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırır;
Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət edir;
Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat verir;
Tələb olunduqda daşınma və gömrük məsələlərini həll edir.
Tələblər
- Ali təhsil (İqtisadiyyat, Menecment və ya aidiyyatı sahələr üzrə)
- Müvafiq sahədə minimum 5 il iş təcrübəsi (minimum 2 il rəhbər vəzifədə)
- Tikinti sahəsində təcrübə
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər
- Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı
- Məsuliyyətli və detallara diqqətli olmalıdır
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir
- Azərbaycan dili zəruridir
Üstünlük hesab olunur
- Rus və ya ingilis dillərini bilməsi üstünlükdür
Oxşar elanlar
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · Dünən
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · Dünən
- Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)Galeon Seafood MMC · Dünən
- Младший менеджер по закупкамPharmaline Group · 2 gün əvvəl
- SürücüGEN PHARMA CAUCASUS MANUFACTURING OPERATIONS · 2 gün əvvəl
- Anbardar köməkçisi (fəhlə)Santral · 2 gün əvvəl