Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)
- Maaş
- 1 500 AZN
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Anbar fəaliyyətinin gündəlik idarə olunmasını və iş proseslərinin düzgün təşkilini təmin etmək;
Məhsulların qəbulu, saxlanılması, yerləşdirilməsi və göndərilməsinə nəzarət etmək;
Anbara daxil olan və anbardan çıxan məhsulların uçotunu aparmaq;
Məhsul qalıqlarına, ehtiyatların hərəkətinə və inventarizasiyaya nəzarət etmək;
Gündəlik, həftəlik və aylıq anbar hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
1C proqramında anbar əməliyyatlarını və müvafiq sənədləşməni aparmaq;
Anbar sənədlərinin düzgünlüyünü və məlumatların sistemə vaxtında daxil edilməsini təmin etmək;
Məhsul itkilərinin, uyğunsuzluqların və uçot fərqlərinin qarşısını almaq;
Anbar əməkdaşlarının işini təşkil etmək və fəaliyyətlərinə nəzarət etmək;
Anbarda səliqə-sahmana, təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
Digər struktur bölmələrlə koordinasiyalı şəkildə işləmək.
İş şəraiti
Əmək haqqı: 1 500 AZN;
6 günlük iş həftəsi;
İş yeri: Lökbatan, Meyvəli ərazisi;
Peşəkar və dinamik iş mühitində çalışma imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına təqdim edə bilərlər.
Tələblər
- Anbar sahəsində iş təcrübəsi
- 1C proqramı üzrə yaxşı bilik və praktiki iş bacarığı
- Microsoft Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
- Anbar uçotu, inventarizasiya və hesabatların hazırlanması üzrə biliklər
- Məhsul qalıqlarının və anbar ehtiyatlarının idarə olunması bacarığı
- Yüksək məsuliyyət, diqqətlilik və təşkilatçılıq qabiliyyəti
- İdarəetmə, komanda ilə işləmək və operativ qərarvermə bacarığı
Üstünlük hesab olunur
- Rəhbər vəzifədə min 3 il iş təcrübəsi olan namizədlərə üstünlük verilir
- Qida və ya dəniz məhsulları sahəsində anbar idarəçiliyi təcrübəsi
- Tez xarab olan məhsulların saxlanması və temperatur rejiminə nəzarət üzrə biliklər
- Məhsulların saxlanma müddətinə və yararlılıq tarixlərinə nəzarət təcrübəsi
- FIFO (ilk daxil olan məhsulun ilk çıxarılması) və FEFO (yararlılıq müddəti daha tez bitən məhsulun ilk çıxarılması) prinsiplərini bilmək və tətbiq etmək bacarığı
- Anbar proseslərinin optimallaşdırılması və məhsul itkilərinin azaldılması üzrə təcrübə
Oxşar elanlar
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · Dünən
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · Dünən
- Младший менеджер по закупкамPharmaline Group · 2 gün əvvəl
- Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)AZCD Group QSC · 2 gün əvvəl
- SürücüGEN PHARMA CAUCASUS MANUFACTURING OPERATIONS · 2 gün əvvəl
- Anbardar köməkçisi (fəhlə)Santral · 2 gün əvvəl