Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Onlayn satış platformasının idarə edilməsi
Platformada məhsul çeşidlərinin, qiymətlərin, kateqoriyaların və şəkillərin yoxlanılması;
Yeni məhsulların platformaya əlavə edilməsi;
Satışdan çıxarılan məhsulların platformadan silinməsi;
Məhsul məlumatlarının aktuallığına və düzgünlüyünə nəzarət etmək.
Məhsul məlumatları və etiketləmə
Məhsul məlumatlarının Azərbaycan dilinə tərcümə edilməsi;
Məhsul adlarının, tərkibinin və digər məlumatların düzgün hazırlanması;
Məhsul etiketlərinin hazırlanması və çap edilməsi.
1C proqramı üzrə əməliyyatlar
Yeni daxil olan məhsulların 1C sisteminə əlavə edilməsi;
Məhsul adlarının, kodlarının və digər zəruri məlumatların sistemdə qeydiyyata alınması;
Məhsul məlumatlarının düzgünlüyünə nəzarət etmək.
AQTA sənədləri və sertifikatlara nəzarət
Məhsullara aid müvafiq sertifikat və sənədlərin yoxlanılması;
AQTA tələblərinə uyğun sənədlərin mövcudluğuna nəzarət etmək;
Sənədlərin uyğunluğunu və etibarlılıq müddətlərini izləmək.
Satış prosesinə dəstək
Satış əməkdaşlarına gündəlik iş prosesində dəstək göstərmək;
Məhsullarla bağlı yaranan məsələlərin operativ həllinə kömək etmək;
Müvafiq struktur bölmələrlə koordinasiyalı işləmək.
İş şəraiti
Əmək haqqı: 700 AZN;
İş rejimi: 6 günlük iş həftəsi;
Rəsmi əmək müqaviləsi;
İş yeri: Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi 70–72.
Müraciət etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblər
- Ali təhsil
- Təcrübə min 1 il
- MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı
- 1C proqramı üzrə biliklər
- Azərbaycan dilində düzgün yazı və tərcümə bacarığı
- Analitik düşünmə və təşkilatçılıq qabiliyyəti
- Məsuliyyətli, diqqətli və operativ olmaq
- Komandada işləmək bacarığı
Üstünlük hesab olunur
- Satınalma və təchizat sahəsində iş təcrübəsi
- Onlayn satış platformaları ilə iş təcrübəsi
- Qida və dəniz məhsulları sektorunda təcrübə
- Məhsul sənədləşməsi və sertifikatlarla iş təcrübəsi
Oxşar elanlar
- Şəxsi Avtomobili ilə SürücüTitan Group · Dünən
- Satınalma üzrə mütəxəssisGuven Technology LLC · Dünən
- Anbar Müdiri (Təsərrüfat, təchizat və dəstək şöbəsinin müdiri)Galeon Seafood MMC · Dünən
- Младший менеджер по закупкамPharmaline Group · 2 gün əvvəl
- Satınalma departamentinin rəhbəri (inşaat sahəsi)AZCD Group QSC · 2 gün əvvəl
- SürücüGEN PHARMA CAUCASUS MANUFACTURING OPERATIONS · 2 gün əvvəl