Hostess (Hill restoranında)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“AZERA Holding” MMC tərkibindəki Hill restoranında Hostess vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Restorana daxil olan müştəriləri qarşılamaq, salamlamaq (1-3 dəqiqə);
  • Müştərilərdə restoran barədə ilkin xoş təəssürat yaratmaq;
  • Müştərilərin üst geyimlərinin qarderoba verilməsini təşkil etmək;
  • Müştərilərə az yaşlı uşaqlar üçün dayə xidməti təklif etmək, qəbul edilərsə bu xidməti təşkil etmək;
  • Müştəriləri rezervasiya olunmuş masalara yönəltmək və ya rezervasiya olmadan gələn qonaqların boş masaya yerləşdirilməsi üçün tədbir görmək;
  • Qonaqların istək və şikayətləri ilə maraqlanmaq, restoran rəhbərini və administratorları bu barədə məlumatlandırmaq;
  • Rezervasiya olunmuş və boş masaların yeri barədə əvvəlcədən məlumat almaq;
  • Restoran rəhbərinə qonaqların sayı, rezervasiya olunmuş yerlərin doluluğu və əlavə müştərilər barədə gündəlik, ehtiyac olduqda dərhal məlumat vermək;
  • Restorandan çıxan qonaqların üst geyimlərinin verilməsinin və yola salınmasını təmin etmək;
  • Təkrar və xüsusi müştəriləri tanımaq və onlara xüsusi diqqət göstərmək;
  • Müəyyən olunmuş müddətdə iş yerində olmaq;

Tələblər:

  • Orta ixtisas və ya ali təhsil (Xidmət, turizm, menecment sahəsi olması üstünlükdür)
  • Minimum 1 il müştəri xidməti sahəsində iş təcrübəsi
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri üstünlükdür.
  • Hostess xanımlar incə bədən quruluşlu boyu 165 sm-dən çox, yüksək ünsiyyət bacarığına malik olmalıdır.
  • Qadın/ən yüksək yaş həddi tələbi 40 yaş

İş şərtləri:

  • ƏM-nə uyğun rəsmiləşdirilmə
  • 6 günlük iş qrafiki (08:00-16:00)
  • Əmək haqqı: 800 AZN (Nett)

Müraciət üçün: CV-nizi “Hostess” mövzusu, şirkətin adı qeyd olunmaqla hr@azeraholding.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .