İşin təsviri
AZERA Holding MMC tərkibindəki klinikalardan birində İnzibati işlər departamentinin rəhbəri vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Təsərrüfat şöbəsinin müdiri təsərrüfat xidmətini, tibb təşkilatının yerləşdiyi bina və tikililərin istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına uyğunluğunu, eləcə də avadanlığın (liftlər, işıqlandırma, istilik sistemi, ventilyasiya və s.) sazlığına nəzarəti təmin edir.
- Əsas fondların (binalar, su təchizatı, hava xətti və digər qurğular) cari və əsaslı təmir planlarının işlənib hazırlanmasında, təsərrüfat xərclərinin smetasının tərtibində iştirak edir.
- Tikililərdə təmirin aparılmasını təşkil edir, təmir işlərinin yerinə yetirilməsinin keyfiyyətinə nəzarəti həyata keçirir.
- Tibb təşkilatının struktur bölmələrini mebellərlə, təsərrüfat inventarları ilə, mühəndis və idarəetmə əməyinin mexanikləşdirilməsi vasitələri ilə təmin edir, onların qorunmasına və təmirinin vaxtında aparılmasına müşahidəni həyata keçirir.
- Xidmətlər göstərilməsi, dəftərxana ləvazimatları, lazımi təsərrüfat materialları, avadanlıq və inventarların əldə edilməsi və saxlanılmasına müqavilələrin bağlanılması, eləcə də onların xərclərinin uçotunun aparılması və müəyyən olunmuş hesabatın tərtib edilməsi üçün zəruri sənədləri rəsmiləşdirir, struktur bölmələrini onlarla təmin edir.
- Təsərrüfat məqsədləri üçün ayrılmış material və vasitələrin rasional sərfinə nəzarət edir.
- Şirkətin inzibati-təsərrüfat işlərinin təşkili və nəzarəti
- Ofis və obyektlərin texniki vəziyyətinə nəzarət edilməsi
- Cari təmir işlərinin təşkili və icrasına nəzarət
- Təsərrüfat mallarının, inventarların və avadanlıqların uçotu və saxlanmasına nəzarət
- Anbar qalığının izlənilməsi və vaxtında təminatın təşkili
- Kommunal xərclərə və ödənişlərə nəzarət
- Təmizlik və xidmət heyətinin işinə nəzarət
- Təchizatçılarla danışıqların aparılması və müqavilələrin icrasına nəzarət
- Şirkət əmlakının qorunmasının təmin edilməsi
- Rəhbərliyə aylıq hesabatların təqdim olunması
- Təsərrüfat xərclərinin optimallaşdırılması ilə bağlı təkliflərin verilməsi
Tələblər:
- Ali təhsil
- İnzibati idarəetmə, təsərrüfat və ya əməliyyatların təşkili sahəsində sertifikatlar üstünlükdür
- Müvafiq sahə üzrə 1,5-3 il iş təcrübəsi;
- Azərbaycan dili səlis, Rus dili üstünlükdür;
- Maliyyə hesabatlarını bilməli
- MC Ofiice proqramlarında sərbəst işləmək;
- Təmkinli və səbirli olması vacibdir
- Məsuliyyətli və intizamlı
- Təşkilatçılıq bacarığı
- Operativ qərarvermə bacarığı
- Komanda ilə işləmək bacarığı
- Kişi (30 yaş +)
İş şərtləri:
- Əmək haqqı: 2000 Azn
- Həftə içi 09:00-18:00 Şənbə günü 09:00-14:00
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
CV-nizi “İnzibati işlər departamentinin rəhbəri” mövzusu, şirkətin adı qeyd olunmaqla hr@azeraholding.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.