İşin təsviri
AZERA Holding daxilində fəaliyyət göstərən Baku Medical Plaza Babək filialına komandamıza yaradıcı düşüncəyə malik, peşəkar çəkiliş və montaj bacarıqları olan Videoqraf axtarır.
Əsas vəzifə öhdəlikləri
- Tədbir, müsahibə, reklam və sosial media layihələri üçün video və foto çəkilişlərinin həyata keçirilməsi;
- Çəkilmiş materialların montajı və keyfiyyətli video kontentin hazırlanması;
- Sosial media platformalarına uyğun kreativ video materialların hazırlanması;
- Çəkiliş prosesinin planlaşdırılması, işıqlandırma və kadr kompozisiyasının düzgün qurulması;
- Hazırlanan materialların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.
Namizədə tələblər
- Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi;
- Adobe Premiere Pro, Adobe After Effects və digər montaj proqramları ilə işləmək bacarığı;
- Peşəkar kamera, işıq sistemi və çəkiliş avadanlıqlarından istifadə bacarığı;
- Foto və video çəkiliş texnikaları üzrə biliklər;
- Kreativ düşüncə, vizual zövq və detallara diqqət;
- Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
- Rus və ingilis dili bilikləri arzuolunandır;
- Komandada işləmək və tapşırıqları vaxtında icra etmək bacarığı.
İş şəraiti
- İş yeri: Baku Medical Plaza – Babək filialı
- İş qrafiki: Həftə içi 09:00–18:00, şənbə 09:00–14:00
- Əməkhaqqı: 1700 AZN
Maraqlanan namizədlər CV-lərini və hazırladıqları işlərdən ibarət portfoliolarını mövzu hissəsində “Videoqraf” qeyd etməklə hr@azeraholding.az elektron poçt ünvanına göndərə bilərlər
Peşəkar komandanın bir hissəsi olmaq üçün müraciət edin!