Baş qrafik və animasiya dizayneri/video redaktor

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Ünvan: Bakı şəhər, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Tələblər:

  • Qrafik dizayn və video montaj sahəsində minimum 3 il iş təcrübəsi;
  • İngilis dili bacarığı üstünlükdür
  • Adobe Photoshop, Illustrator, Premiere Pro (və ya DaVinci Resolve) və After Effects proqramlarında sərbəst işləmək bacarığı;
  • Rəqəmsal və çap materiallarının hazırlanması, çapöncəsi texniki tələblər üzrə biliklər;
  • Sosial media platformalarının vizual formatlarına və texniki tələblərinə bələd olma;
  • Paralel layihələri idarə etmək və son tarixlərə riayət etmək bacarığı;
  • Komanda ilə effektiv əməkdaşlıq etmək və rəylər əsasında işi təkmilləşdirmək bacarığı;
  • Süni intellekt əsaslı dizayn və video alətlərindən istifadə bacarığı

Öhdəliklər:

  • Rəqəmsal və çap kanalları üçün marketinq və reklam materiallarının dizayn edilməsi;
  • Marketinq kampaniyalarının məqsədlərinə və hədəf auditoriyasına uyğun vizual konsepsiyaların hazırlanması;
  • Sosial media, veb-sayt, tədbir və digər kommunikasiya kanalları üçün kreativ vizual məzmunun yaradılması;
  • Video materialların montajı və redaktəsi, rəng və səs korreksiyasının aparılması;
  • Layihələrin tələblərinə uyğun animasiya, hərəkətli qrafika və vizual effektlərin hazırlanması;
  • Bütün vizual materiallarda brend standartlarının və vahid vizual üslubun qorunması;
  • Dizayn və video materialların müvafiq platformalara, texniki tələblərə və yayım formatlarına uyğunlaşdırılması;
  • Marketinq komandası ilə əməkdaşlıq edərək layihələrin briefə, keyfiyyət tələblərinə və müəyyən edilmiş müddətlərə uyğun tamamlanması.

Biz təklif edirik:

  • Rəqabətədavamlı əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, hr.cv@mtk.edu.az elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Baş qrafik və animasiya dizayneri/video redaktor” vəzifəsini qeyd etməyiniz xahiş olunur.