Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin reklam kampaniyaları və sosial media platformaları üçün kreativ hərəkətli qrafikaların (motion graphics) hazırlanması;
- Reklam çarxlarının, promo videoların və qısa tanıtım videoları (teaser) hazırlanması və montajı;
- Video materialların montajı, rəng korreksiyası və səs effektlərinin tətbiqi;
- Kreativ komanda ilə birgə reklam ideyalarının vizual həllərinin hazırlanması;
- Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi;
- Qrafik dizayn işlərinin hazırlanmasında komandaya dəstək göstərilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı;
- Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı;
- Video montajı, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) üzrə bilik və bacarıqlar;
- Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı;
- Yüksək kreativ düşünmə və vizual yanaşma bacarığı;
- Detallara diqqət, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı;
- Müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Tələb olunan təhsil, iş təcrübəsi:
- Ali təhsil(Əlaqəli sahə üzrə);
- Motion dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
- Portfolio təqdim edilməsi mütləqdir.
İş şərtlərimiz:
- İş qrafiki: Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- İş yeri: Bakı, Aşıq Molla Cümə küç. 46 D.
Biz nə təklif edirik:
- Əmək bazarında rəqabətli əməkhaqqı;
- Peşəkar komanda mühiti;
- Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Motion dizayner” yazaraq (e-poçt «Müraciət et» düyməsində) elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat
- Təcrübə: 3-4 il
- Vəzifə səviyyəsi: Mütəxəssis
- Təhsil: Bakalavr
Oxşar elanlar
- Qrafik / DizaynerCAMAL LTD · 30 oktyabr 2026
- Aparıcı UX/UI Dizaynerİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 29 oktyabr 2026
- Rabitəbank” ASC Rəqəmsal məhsulların inkişafı şöbəsində Aparıcı Uİ/UX dizaynerRabitəbank · 30 oktyabr 2026
- Marketinq üzrə kiçik qrafik dizaynerBravo Supermarket · 26 oktyabr 2026
- Qrafika üzrə dizaynerİctimai Televiziya və Radio Yayımları Şirkəti · 20 oktyabr 2026
- Qrafik Dizayner (xidməti müqavilə)Yelo Bank ASC · 19 oktyabr 2026