Məzmuna keçin

Ərəb dili müəllimi (Sosial Məzuniyyət əvəzi)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 16:30 (Bazar ertəsi – Cümə)

Öhdəliklər:

1–5-ci sinif şagirdlərinə yaş xüsusiyyətlərini, fərdi öyrənmə ehtiyaclarını və dil bilikləri səviyyələrini nəzərə alaraq ərəb dilini tədris etmək.

Şagirdlərdə ərəb əlifbasını tanıma, hərflərin yazılışı və düzgün tələffüzü, söz ehtiyatı və ilkin dil bacarıqlarını inkişaf etdirmək.

Şagirdlərin dinləmə, danışma, oxu və yazı bacarıqlarını inkişaf etdirmək.

Dərslərdə interaktiv, yaradıcı və oyun əsaslı təlim metodlarından istifadə etmək.

Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarını dərs prosesinə inteqrasiya etmək.

Şagirdləri ərəb dünyasının mədəniyyəti, ənənələri və gündəlik ünsiyyət qaydaları ilə tanış etmək.

Sinifdaxili fəaliyyətlər, tapşırıqlar və imtahanlar vasitəsilə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirmək.

Biz təklif edirik:

Rəqabətədavamlı əməkhaqqı

Məktəbin yeməkxanasında nahar imkanı

Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Ərəb dili müəllimi” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Ərəb dili, ərəb filologiyası, pedaqogika və ya müvafiq sahə üzrə bakalavr təhsili
  • Ərəb dilini həm yazılı, həm də şifahi formada yüksək səviyyədə bilmək
  • Ərəb dilinin tədrisi metodikası üzrə biliklərə malik olmaq
  • Müəllimlik təcrübəsi
  • Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun interaktiv və effektiv təlim metodlarından istifadə etmək bacarığı
  • Sinfin idarə olunması və effektiv ünsiyyət bacarıqları
  • Kahoot, Blooket, Wordwall və digər rəqəmsal təhsil platformalarından istifadə bacarığı
  • Dərs planlarının və tədris materiallarının hazırlanması bacarığı
  • Güclü təşkilatçılıq, məsuliyyətlilik və komandada işləmək bacarığı

Üstünlük hesab olunur

  • Xüsusilə ibtidai sinif şagirdləri ilə iş təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →