Məzmuna keçin

Stok Kontroller

Şəhər
Bakı

Vakansiya haqqında

Ünvan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151

İş qrafiki: Beş iş günü, saat 08:00 – 17:00 (Bazar ertəsi – Cümə)

Öhdəliklər:

Anbar uçotunun təşkil olunmasını həyata keçirmək

Anbarda mövcud olan əmlakı qorumaq

Anbarda mövcud olan materiallarla bağlı operativ olaraq rəhbərliyə məlumatları təqdim etmək və inventarizasiyanı aparmaq

Anbarda mal və materiallar məhdud olan zaman sifarişi vaxtında hazırlamaq və Təchizat üzrə koordinatora sifarişi təqdim etmək

Satıcı (Vendor) şirkətlərdən gələn mal və materialların sənədlərini yoxlamaq

Mal və materialları fiziki olaraq yoxlamaq və kodlaşdırmaq

Sifarişçi tərəfindən sifariş edilmiş mal və materialların vaxtında sifarişçiyə təhvil verilməsinə nəzarət etmək

Biz təklif edirik:

Rəqabətədavamlı əməkhaqqı

Məktəbin yeməkxanasında nahar imkanı

Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV formalarını göndərsinlər. E-poçtun mövzu hissəsində “Stok Kontroller” vəzifəsini qeyd etməyiniz xahiş olunur.

Tələblər

  • Ali təhsil
  • Anbar təsərrüfatı, stokun idarə edilməsi və ya material uçotu sahəsində minimum 2 il iş təcrübəsi
  • Anbar uçotu, mal-materialların qəbulu, saxlanılması və təhvil verilməsi prosesləri üzrə biliklər
  • İnventarizasiya və stok qalıqlarının yoxlanılması üzrə praktiki bacarıqlar
  • Mal və materialların sənədlərinin (qaimə, təhvil-təslim aktı, sifariş sənədləri və s.) yoxlanılması və düzgün rəsmiləşdirilməsi bacarığı
  • MS Excel proqramı ilə işləmək bacarığı (stok hesabatlarının hazırlanması və məlumatların qeydiyyatı)
  • Analitik düşünmə, diqqətlilik və detallara yüksək həssaslıq
  • Planlaşdırma, təşkilatçılıq və vaxtın düzgün idarə edilməsi bacarığı
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv kommunikasiya qurmaq bacarığı
  • Məsuliyyətlilik, dürüstlük və etibarlılıq

Üstünlük hesab olunur

  • Logistika, Təchizat, Anbar təsərrüfatı, Mühasibat uçotu və ya müvafiq sahələr üzrə təhsil üstünlükdür
  • Anbar uçotu və ya ERP proqramları ilə işləmək təcrübəsi üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →