Məzmuna keçin
Kontakt Home yerləşdirilib

Prodüser

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Video və foto layihələrinin çəkiliş prosesinin planlaşdırılması və təşkil edilməsi;

Çəkiliş planının, iş qrafikinin və büdcənin hazırlanması, icrasına nəzarət edilməsi;

Ssenarist, aparıcı, videograf və digər komanda üzvlərinin çəkiliş üzrə işinin koordinasiya edilməsi;

Çəkiliş üçün məkan, iştirakçı, məhsul, rekvizit və texniki avadanlıq ehtiyaclarının müəyyənləşdirilməsi;

Çəkiliş məkanları, frilanserlər və təchizatçılarla danışıqların aparılması;

Çəkilişdə istifadə olunacaq məhsulların funksiyalarının və düzgün istifadə qaydalarının əvvəlcədən öyrənilməsi, nümayiş üçün hazır vəziyyətə gətirilməsinin təmin edilməsi;

Məhsul və rekvizitlərin çəkiliş məkanına vaxtında gətirilməsinin və çəkilişdən sonra geri qaytarılmasının təşkil edilməsi;

Məhsul və avadanlıqların təhvil-təsliminin qeydiyyata alınması, komplektliyinin və vəziyyətinin yoxlanılması;

Çəkiliş günü komanda işinin və logistikanın təşkil edilməsi, yaranan problemlərin operativ həll edilməsi;

Çəkiliş zamanı məhsul, rekvizit və avadanlıqların düzgün istifadəsinə və qorunmasına nəzarət edilməsi;

Çəkiliş anbarındakı məhsul və rekvizitlərin uçotunun aparılması, anbar qalığına və giriş-çıxışına nəzarət edilməsi;

Rekvizitlərin saxlanmasının və təkrar istifadəyə hazır vəziyyətdə olmasının təmin edilməsi, çatışmayan rekvizitləri müəyyənləşdirərək tədarükünün təşkil edilməsi;

İstehsal xərclərinin uçotunun aparılması və resursların səmərəli istifadəsinin təmin edilməsi.

Tələblər

  • Video və foto layihələrin təşkili (production) sahəsində minimum 1–2 il iş təcrübəsi
  • Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti
  • Çəkiliş mərhələlərini planlaşdırmaq, yaradıcı və texniki komandanı koordinasiya etmək, eləcə də təchizatçılarla danışıqlar aparmaq bacarığı
  • Çəkiliş avadanlıqları barədə baza bilikləri və məhsulların funksiyalarını tez mənimsəyərək çəkilişə hazırlamaq bacarığı
  • Büdcə, xərc uçotu, təhvil-təslim və anbar qalığına nəzarət üçün MS Excel və Google Sheets proqramlarında sərbəst işləmək bacarığı
  • Logistikanı təşkil etmək, çəkiliş meydançasında operativ qərarlar vermək, məhsul və avadanlıqların komplektliyinə məsuliyyətli yanaşma

Üstünlük hesab olunur

  • Rus və ingilis dili biliyi üstünlükdür
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür (B kateqoriyası)

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →