İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Şirkətin işəgötürən brendinin tanıdılması və əmək yarmarkalarında, universitetlərin karyera günlərində, konfranslarda və digər İR tədbirlərində şirkətin təmsil edilməsi;
Mövcud vakansiyaların təhlil edilməsi, vəzifə tələblərinə uyğun iş elanlarının hazırlanması və müvafiq işə qəbul platformalarında yerləşdirilməsi;
Vakansiyalar üzrə namizədlərin müxtəlif mənbələrdən və axtarış kanallarından cəlb edilməsi;
Daxil olan CV-lərin vakansiya tələblərinə uyğun ilkin dəyərləndirilməsi və potensial namizədlərin müəyyənləşdirilməsi;
Namizədlərlə ilkin və növbəti mərhələlər üzrə müsahibələrin keçirilməsi, bilik və bacarıqlarının qiymətləndirilməsi;
Namizədlərin seçim prosesinin koordinasiyası və müsahibə mərhələlərinin vaxtında təşkil edilməsi;
İşə qəbul prosesinin gedişatı barədə aidiyyəti struktur rəhbərlərinin mütəmadi məlumatlandırılması;
Yeni əməkdaşların işə qəbul prosesinin koordinasiyası və aidiyyəti struktur bölmələrinin vaxtında məlumatlandırılması;
İşə qəbul agentlikləri, universitetlər və digər tərəfdaşlarla əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi;
Şirkətin namizəd bazasının mütəmadi yenilənməsi və genişləndirilməsi;
İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanması, müvafiq göstəricilərin izlənilməsi və təhlil edilməsi;
İşə qəbul prosesinin effektivliyinin və namizədlərin müsbət təcrübəsinin təmin edilməsi.
İş şəraiti:
İş qrafiki: I–V günlər, 09:00–18:00;
İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq.
Tələblər
- Ali təhsil
- İnsan Resursları sahəsində, xüsusilə işə qəbul istiqamətində minimum 2 il iş təcrübəsi
- Azərbaycan və rus dillərində sərbəst danışıq və yazılı ünsiyyət bacarığı
- Müxtəlif axtarış kanalları və işə qəbul platformaları ilə işləmək bacarığı
- MS Office proqramlarında, xüsusilə Excel və Word-də işləmək bacarığı
- Güclü analitik düşünmə və namizədləri qiymətləndirmə qabiliyyəti
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı
- Vaxtın düzgün idarə edilməsi və bir neçə vakansiya üzrə paralel işləmək bacarığı
- Nəticəyönümlülük, məsuliyyətlilik, təşəbbüskarlıq və operativlik
- Dinamik iş mühitində işləməyə və yüksək iş tempinə uyğunlaşmağa hazır olmaq
Üstünlük hesab olunur
- İnsan Resursları, Menecment, Biznesin İdarə Edilməsi, Psixologiya və əlaqəli ixtisaslara üstünlük verilir
- Pərakəndə satış sektorunda iş təcrübəsi üstünlükdür
- İngilis dili biliyi üstünlükdür
Oxşar elanlar
- BİZNESİN İNKİŞAFI ÜZRƏ MÜTƏXƏSSİS/Business Development SpecialistNexBirlik İnnovation Azerbaijan · Dünən
- Senior AuditorPASHA Holding · 2 gün əvvəl
- Maliyyə və Kommersiya Analitiki (Bölmə müdiri)Veysəloğlu-Rossmann · 2 gün əvvəl
- Sahə Supervayzeri / FormenPASHA Real Estate Group · 2 gün əvvəl
- Human Resources CoordinatorShahdag Hotel Company · 2 gün əvvəl
- IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisiAQA Şirkətlər Qrupu · 2 gün əvvəl