Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Məhsullar üzrə satış qiymətlərinin və marja hesablamalarının hazırlanmasını və düzgünlüyünə nəzarəti təmin etmək;
Təchizatçılarla bağlanmış müqavilələr üzrə kommersiya şərtlərini maliyyə baxımından təhlil etmək və müqavilə reyestrini idarə etmək;
Təchizatçı bonusları (rebate), marketinq dəstəkləri və digər kommersiya gəlirlərinin hesablanmasını, izlənilməsini və uçotunun düzgün aparılmasını təmin etmək;
Trade spend, promo xərcləri və digər kommersiya investisiyalarının səmərəliliyini təhlil edərək rəhbərliyə analitik hesabatlar təqdim etmək;
Məhsul, kateqoriya, mağaza və təchizatçı üzrə gəlirlilik (profitability) analizlərini hazırlamaq və nəticələr əsasında təkliflər vermək;
Satış, marja, bonus və digər kommersiya göstəriciləri üzrə dövri maliyyə və idarəetmə hesabatlarını hazırlamaq;
Büdcə, proqnoz (forecast) və maliyyə modellərinin hazırlanmasında iştirak etmək;
Qiymət dəyişiklikləri, bonus razılaşmaları və kommersiya məlumatları üzrə daxili nəzarət mexanizmlərinin tətbiqini və icrasını təmin etmək;
Kommersiya göstəricilərini mütəmadi izləyərək riskləri müəyyən etmək və onların aradan qaldırılması ilə bağlı təkliflər hazırlamaq;
Satınalma, Maliyyə, Kateqoriya İdarəetməsi və digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə çalışaraq analitik dəstək göstərmək;
Rəhbərlik tərəfindən verilən digər analitik və maliyyə nəzarəti ilə bağlı tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
- Ali təhsil – İqtisadi, Maliyyə və ya biznes istiqamətli
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi
- Yaxşı səviyyədə MS Excel biliyi olmalı
- Analitik düşüncə, Komandada işləmək bacarığı
- Maliyyə və Mühasibatlıq sahəsi üzrə sertifikatların (ACCA) olması mütləqdir
- Nahar və servis ilə təmin edilmə
- Korporativ mobil nömrə
Oxşar elanlar
- BİZNESİN İNKİŞAFI ÜZRƏ MÜTƏXƏSSİS/Business Development SpecialistNexBirlik İnnovation Azerbaijan · Dünən
- İstedadların cəlbi və yerləşdirilməsi üzrə mütəxəssisKontakt Home · Dünən
- Senior AuditorPASHA Holding · 2 gün əvvəl
- Sahə Supervayzeri / FormenPASHA Real Estate Group · 2 gün əvvəl
- Human Resources CoordinatorShahdag Hotel Company · 2 gün əvvəl
- IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisiAQA Şirkətlər Qrupu · 2 gün əvvəl