IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisi
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
Maliyyə hesabatlarının düzgünlüyünü, tamlığını və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
Mühasibat uçotu məlumatlarını, hesab qalıqlarını və maliyyə əməliyyatlarını təhlil etmək;
Maliyyə hesabatlarında səhvləri, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
Mühasibat uçotu və maliyyə hesabatlığı üzrə daxili nəzarət prosedurlarının effektivliyini qiymətləndirmək;
Aşkar edilmiş nöqsanların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün əsaslandırılmış düzəlişlər təklif etmək;
Maliyyə məlumatlarının və hesabların üzləşdirilməsini həyata keçirmək, uyğunsuzluqları araşdırmaq;
Maliyyə proseslərində nəzarət boşluqlarını müəyyən etmək və onların təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlamaq;
Maliyyə hesabatları üzrə yoxlama və analitik prosedurları həyata keçirmək;
Xarici audit prosesində iştirak etmək, tələb olunan məlumatların və sənədlərin hazırlanmasını təmin etmək;
Audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, audit və ya əlaqəli sahə üzrə ali təhsil
- Maliyyə hesabatlığı, IFRS və ya audit sahəsində minimum 3 il müvafiq iş təcrübəsi
- Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) üzrə praktiki bilik
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə
- Mühasibat uçotu prinsipləri və daxili maliyyə nəzarəti prosedurları üzrə bilik
- Maliyyə məlumatlarında səhvləri, uyğunsuzluqları və riskləri müəyyən etmək bacarığı
- Aşkar edilmiş problemlərin aradan qaldırılması üçün əsaslandırılmış həll yolları təklif etmək bacarığı
- MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı
- Analitik düşüncə, detallara diqqət və müstəqil işləmək bacarığı
Üstünlük hesab olunur
- Audit şirkətində və ya maliyyə hesabatlığı sahəsində iş təcrübəsi üstünlükdür
- ACCA (FR, AA, SBR), DipIFR və ya digər müvafiq peşəkar kvalifikasiyalar üstünlükdür
Oxşar elanlar
- Sahə Supervayzeri / FormenPASHA Real Estate Group · Bu gün
- SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssisUnibank Kommersiya Bankı · Dünən
- Risk Management İnternship Program (Paid)FINCA Azerbaijan · Dünən
- Risklərin idarə edilməsi üzrə təcrübəçiPMD Group MMC · Dünən
- Risklər və Risk Hadisələrinin İdarə Edilməsi üzrə Şöbə rəhbəriPasha Bank · Dünən
- İnsan Resursları üzrə aparıcı mütəxəssis (Məmmədli Qəsəbəsi)OBA Market MMC · Dünən