Məzmuna keçin
Unibank Kommersiya Bankı yerləşdirilib

SME və Korporativ Anderraytinq üzrə Aparıcı mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

SME və korporativ müştərilərin kredit müraciətləri üzrə maliyyə və qeyri-maliyyə təhlilinin aparılması;

Borcalanların maliyyə vəziyyətinin, pul axınlarının və kredit ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

Maliyyə hesabatlarının, biznes planlarının və digər müvafiq sənədlərin təhlil edilməsi;

Kredit risklərinin müəyyən edilməsi və qiymətləndirilməsi, habelə müvafiq risk rəylərinin hazırlanması;

Kredit təklifləri üzrə anderraytinq rəylərinin və qərar layihələrinin hazırlanması;

Müştərilərin fəaliyyət göstərdiyi sektorlar üzrə bazar və sənaye təhlillərinin aparılması;

Kredit siyasətinə, prosedurlara və daxili qaydalara uyğunluğun təmin edilməsi;

Kredit komitələri üçün təqdimatların və hesabatların hazırlanması;

Kredit portfelinin keyfiyyətinin monitorinqində iştirak edilməsi;

Risklərin idarə edilməsi və biznes bölmələri ilə sıx əməkdaşlığın həyata keçirilməsi.

Tələblər

  • Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə ali təhsil
  • Bank sektorunda SME və ya korporativ kredit təhlili və anderraytinq sahəsində minimum 2 il iş təcrübəsi
  • Maliyyə hesabatlarının təhlili və maliyyə modelləşdirilməsi üzrə biliklər
  • Kredit risklərinin qiymətləndirilməsi sahəsində peşəkar bilik və bacarıqlar
  • MS Word, MS Excel, Outlook və digər ofis proqramlarından istifadə bacarığı
  • Analitik düşünmə və qərarvermə bacarıqları
  • Azərbaycan dilini səlis bilmək

Üstünlük hesab olunur

  • Rus və ingilis dillərini bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →