Məzmuna keçin
Unibank Kommersiya Bankı yerləşdirilib

Korporativ kreditlər üzrə Mütəxəssis / aparıcı Mütəxəssis (Quba)

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

SME Kreditləri komandamıza peşəkar bilik və təcrübəyə malik namizədləri dəvət edirik. Bu vəzifədə siz kiçik və orta sahibkarlıq (SME) subyektlərinin maliyyə təhlili, kredit layihələrinin hazırlanması və kredit portfelinin effektiv idarə olunmasında aktiv rol alacaqsınız.

Vəzifə öhdəlikləri

Yeni SME müştərilərinin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi;

SME müştərilərindən daxil olan kredit müraciətlərinin qəbul edilməsi, biznes fəaliyyətinin, maliyyə vəziyyətinin və kredit qabiliyyətinin hərtərəfli təhlilinin aparılması

Maliyyə təhlilinin nəticələrinə əsasən kredit təkliflərinin hazırlanması və bankın daxili prosedurlarına uyğun rəsmiləşdirilməsi

Kredit sənədlərinin tam, düzgün və vaxtında hazırlanmasının təmin edilməsi

Müştərilərin maliyyə hesabatlarının və digər zəruri sənədlərinin təhlili, kredit risklərinin qiymətləndirilməsi və risklərin minimuma endirilməsi üçün təkliflərin hazırlanması

Kredit portfelinin davamlı monitorinqinin aparılması, ödəniş intizamına nəzarət edilməsi və potensial risklərin vaxtında müəyyənləşdirilməsi

Bankın daxili qaydalarına, prosedurlarına və qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərilməsi

Tələblər

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə)
  • SME kreditləri, biznes kreditlərinin təhlili və ya kreditləşmə sahəsində minimum 1–3 il iş təcrübəsi
  • Biznesin maliyyə təhlili, maliyyə hesabatlarının təhlili və kredit risklərinin qiymətləndirilməsi üzrə dərin biliklər
  • Güclü analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları
  • Yüksək səviyyədə ünsiyyət və danışıqlar aparmaq bacarığı
  • Müştəriyönümlü yanaşma, məsuliyyətlilik və nəticəyönümlülük
  • MS Excel proqramı ilə sərbəst işləmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →