Vakansiya haqqında
Aylıq, rüblük və illik maliyyə, büdcə və idarəetmə hesabatlarının şirkətin daxili prosedurlarına uyğun olaraq vaxtında hazırlanmasını, təsdiq üçün rəhbərliyə təqdim edilməsini təmin etmək
Gəlir və xərc proqnozlarının hazırlanmasını həyata keçirmək, maliyyə planlaşdırılmasının təkmilləşdirilməsi istiqamətində təkliflər vermək
Maliyyə nəticələrini təhlil etmək, analitik hesabatlar hazırlamaq və rəhbərliyin qərarvermə prosesini dəstəkləyən maliyyə məlumatlarını təqdim etmək;
Şirkətin illik büdcəsinin daxili prosedurlara uyğun şəkildə hazırlanması və icrası prosesinə rəhbərlik etmək;
Daxili və xarici audit prosesləri çərçivəsində tələb olunan maliyyə məlumatlarının vaxtında təqdim edilməsini təmin etmək, audit nəticələri üzrə müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması prosesinə nəzarət etmək;
Komandanın fəaliyyətini effektiv şəkildə idarə etmək, əməkdaşların peşəkar inkişafını dəstəkləmək və yüksək performanslı iş mühitinin formalaşdırılmasını təmin etmək
Rəhbərlik tərəfindən verilən digər tapşırıq və sorğuların vaxtında və keyfiyyətli icrasını təmin etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisası üzrə magistr təhsilinə malik olmaq
- Maliyyə, hesabatlılıq və büdcə analizi sahəsində minimum 5 il peşəkar iş təcrübəsi, o cümlədən ən azı 2 il rəhbər vəzifədə fəaliyyət göstərmiş olmaq
- Microsoft Office proqramlarında, xüsusilə Microsoft Excel-də yüksək səviyyədə işləmək bacarığına, eləcə də mühasibat proqramları ilə iş təcrübəsinə malik olmaq
- Azərbaycan və ingilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət bacarığına malik olmaq
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (IFRS) üzrə dərin nəzəri və praktik biliklərə malik olmaq
- Microsoft Excel proqramında qabaqcıl səviyyədə bilik və analitik işləmə bacarığına malik olmaq
- Yüksək stress şəraitində səmərəli fəaliyyət göstərmək və komandada effektiv əməkdaşlıq etmək bacarığına malik olmaq
Üstünlük hesab olunur
- ACCA, CPA, CIMA və ya digər beynəlxalq peşəkar maliyyə və mühasibatlıq sertifikatlarına malik olmaq üstünlük hesab edilir
- Beynəlxalq audit xidmətləri göstərən aparıcı şirkətlərdə (Big4) iş təcrübəsinə malik namizədlərə üstünlük verilir
- Rus dili biliyi üstünlükdür
Oxşar elanlar
- Junior Operations CoordinatorCeta Project Logistics · Bu gün
- Girovların İdarə Edilməsi Şöbəsinin AssistentiPasha Bank · Bu gün
- SupervayzerAzəriş LTD · 2 gün əvvəl
- Vergi üzrə Böyük MühasibAMOGROUP · 2 gün əvvəl
- Business development specialistİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · 2 gün əvvəl
- Risklərin Idarə Edilməsi və Daxili Nəzarət üzrə MenecerPMD Group MMC · 2 gün əvvəl