Məzmuna keçin
PMD Group MMC yerləşdirilib

Risklərin Idarə Edilməsi və Daxili Nəzarət üzrə Menecer

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Qrup və törəmə müəssisələrdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması və təkmilləşdirilməsi proseslərini əlaqələndirmək;

Risklərin idarə edilməsi və daxili nəzarət üzrə siyasətlərin, metodologiyaların, daxili qayda və prosedurların hazırlanmasında və yenilənməsində iştirak etmək;

Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, risk reyestrlərinin yenilənməsi, eləcə də əsas risk indikatorlarının monitorinqi proseslərini əlaqələndirmək;

Yeni layihələrin, investisiya qərarlarının və mövcud biznes proseslərinin risk qiymətləndirilməsini təşkil etmək, nəticələr əsasında təkliflər hazırlamaq;

Qrup və törəmə müəssisələrdə daxili nəzarət mexanizmlərinin mövcudluğunu, adekvatlığını və effektivliyini qiymətləndirmək;

Təsdiq edilmiş monitorinq planına uyğun olaraq risk əsaslı, tematik və proses əsaslı daxili nəzarət yoxlamalarının təşkilini və aparılmasını əlaqələndirmək;

Biznes proseslərinin qanunvericiliyə və daxili normativ sənədlərə uyğunluğunun yoxlanılmasını əlaqələndirmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyi məlumatlandırmaq;

Risklərin, nəzarət boşluqlarının və audit nəticəsində müəyyən edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlər planlarının hazırlanmasını əlaqələndirmək və onların icrasına nəzarət etmək;

Risklərin idarə edilməsi və daxili nəzarət üzrə hesabatların hazırlanmasını təmin etmək, nəticələri və təkmilləşdirmə təkliflərini rəhbərliyə təqdim etmək;

Ona həvalə edilmiş işlərin planlaşdırılmasını, mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsini və hazırlanmış materialların keyfiyyətinin qiymətləndirilməsini təmin etmək;

Şirkətdə risk və daxili nəzarət mədəniyyətinin inkişaf etdirilməsində iştirak etmək, zərurət yarandıqda xidməti ezamiyyətlərə getmək.

Tələblər

  • Maliyyə, iqtisadiyyat, idarəetmə, audit və ya digər uyğun ixtisas sahəsi üzrə ali təhsil
  • Risklərin idarə edilməsi, daxili nəzarət və ya audit sahəsində minimum 8 il iş təcrübəsi (ən azı 3 il rəhbər vəzifədə)
  • Risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması, qiymətləndirilməsi və monitorinqi üzrə praktiki təcrübə
  • COSO ERM, COSO Internal Control, ISO 31000 prinsipləri və risklərin qiymətləndirilməsi metodologiyaları üzrə biliklər
  • Güclü analitik düşünmə, təşkilatçılıq, işlərin əlaqələndirilməsi, hesabat və təqdimatların hazırlanması bacarıqları
  • Azərbaycan dili – mükəmməl, ingilis dili – yüksək səviyyədə
  • MS Office proqramlarında, xüsusilə MS Excel və PowerPoint-də yüksək səviyyədə işləmək bacarığı

Üstünlük hesab olunur

  • CIA, CRMA, FRM, CERM və digər müvafiq peşəkar sertifikatların olması üstünlükdür
  • Rus dili – arzuolunandır

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →