Risklərin İdarə Olunması və Daxili Nəzarət üzrə Aparıcı / Baş Mütəxəssis
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Vakansiya haqqında
Şirkətdə risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qurulması prosesində iştirak etmək
Risklərin idarə olunması və daxili nəzarət üzrə daxili qayda və prosedurların hazırlanması və mütəmadi yenilənməsinə dəstək vermək
Daxili nəzarət boşluqlarını müəyyən etmək, riskləri təhlil etmək və onların dövri qiymətləndirilməsində iştirak etmək
Şirkətin mövcud və potensial riskləri, onların dinamikası və idarə olunması üzrə mütəmadi hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək
Risklərin idarə olunması və daxili nəzarət proseslərinin müxtəlif mərhələləri üzrə nəticələrin hazırlanması və təqdim olunmasında iştirak etmək
Şirkətdə risk mədəniyyətinin formalaşdırılması və inkişafına töhfə vermək
Şirkətdaxili normativ sənədləri və biznes proseslərini təhlil etmək, aşkar edilən uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək
Əsas biznes prosesləri üzrə monitorinqlərin təşkilinə nəzarət etmək və risklərin azaldılması üzrə təkliflər hazırlamaq
Əməliyyatların qanunvericiliyə və daxili qaydalara uyğunluğunu monitorinq etmək və hesabatlar təqdim etmək
Daxili və xarici audit nəticələrini təhlil etmək, aşkarlanmış uyğunsuzluqlar üzrə tədbirlər planı hazırlamaq
Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək
Tələblər
- Maliyyə, İqtisadiyyat, İdarəetmə, Audit və ya Risk sahələri üzrə bakalavr təhsili olmalı
- Risk, Audit və ya Maliyyə sahəsində minimum 3 il iş təcrübəsi olmalı
- Azərbaycan dili – mükəmməl
- MS Office proqramlarında, xüsusilə MS Excel-də yüksək səviyyədə işləmək bacarığı olmalı
- Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və azaldılması metodologiyaları üzrə bilikləri olmalı
- Daxili nəzarət və risk idarəetmə sistemlərinin qurulması və monitorinqi üzrə bilikləri olmalı
- Analitik düşünmə və problemlərin həlli bacarıqları olmalı
- Hesabatların hazırlanması və təqdimat bacarığı olmalıdır
Üstünlük hesab olunur
- ACCA, CFI, CFA, FRM, CIA, CRMA, MOSE, CERM, COSO kimi beynəlxalq peşəkar sertifikatlara sahib olmaq üstünlükdür
- Rus və İngilis dilləri – arzuolunandır
Oxşar elanlar
- Müqavilələr şöbəsi üzrə mütəxəssisPASHA Insurance · Dünən
- AuditFalcon Finance · Dünən
- Kredit mütəxəssisi - aparıcı / başInternational BOKT · Dünən
- Vergi üzrə baş mütəxəssisFacility Management Group · 3 gün əvvəl
- HR mütəxəssisAzeriMed QSC · 3 gün əvvəl
- Kredit mütəxəssisi / Biznes fəaliyyətinin onlayn yoxlanılması üzrə mütəxəssisNBCO KredAqro · 3 gün əvvəl