Vakansiya haqqında
Qısa məzmun
BOKT “Falcon Finance” MMC Audit vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
Elanın təsviri
Ərazi: Bakı
Maaş: Razılaşma
İş rejimi: Tam iş günü (5 gün)
Müqavilə: Əmək müqaviləsi
Vəzifə öhdəlikləri:
Bütün növ BOKT əməliyyatlarının və BOKT-da mövcud olan bütün risklərin auditini aparmaq;
BOKT-un maliyyə resurslarının planlaşdırılmasının və onun icra olunmasının auditini aparmaq;
Aktivlərin idarəedilməsi və xərclərin effektivliyini qiymətləndirmək;
Maliyyə hesabatlarının dəqiqliyini və etibarlığını qiymətləndirmək;
Boşluqları aşkar etmək və risklərin qarşısının alınması üzrə tədbirləri tövsiyyə etmək;
Mühasibat sənədlərini, əvvəlki hesabatları, məlumatları, sxemləri və s. qəbul etmək, təhlil etmək və qiymətləndirmək;
Audit zamanı aşkar edilmiş problemlər haqqında yekun qərar qəbul edilməsi üçün araşdırmaq;
Audit müşahidəsi, tövsiyələr və müəyyən edilmiş tədbirlərin yer aldığı hesabatları tərtib etmək;
Beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrini icra etmək və ya idarə etmək.
Filiallarda audit yoxlamalarının aparılması məqsədilə mütəmadi ezamiyyətlərin həyata keçirilməsi.
Tələblər
- Təhsil: Ali təhsil
- Maliyyə, iqtisadiyyat üzrə ali təhsil
- Daxili audit, risklərin idarəolunması, daxili nəzarət və oxşar sahələrdə iş təcrübəsi
- Müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də BOKT daxili normatıv sənədləri (qayda, təlimatlar və s.) bilmək və onlara riayət etmək
- MS Office proqramlarını (Word, Excel, Power Point), xüsusilə Exceli yüksək səviyyədə bilmək
- Analitik düşünmə, təhlil etmə qabiliyyəti
Üstünlük hesab olunur
- Bank və ya BOKT sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir
Oxşar elanlar
- Müqavilələr şöbəsi üzrə mütəxəssisPASHA Insurance · Dünən
- Kredit mütəxəssisi - aparıcı / başInternational BOKT · Dünən
- Risklərin İdarə Olunması və Daxili Nəzarət üzrə Aparıcı / Baş MütəxəssisPMD Group MMC · 3 gün əvvəl
- Vergi üzrə baş mütəxəssisFacility Management Group · 3 gün əvvəl
- HR mütəxəssisAzeriMed QSC · 3 gün əvvəl
- Kredit mütəxəssisi / Biznes fəaliyyətinin onlayn yoxlanılması üzrə mütəxəssisNBCO KredAqro · 3 gün əvvəl